az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Efferent Terapiya Mərkəzi

     Fiziolji olaraq toksiki substansiyaların bədəndən təmizlənməsi, əsasən, üç yol ilə - qaraciyər, ifrazat və immun sistemləri vasitəsi ilə həyata keçirilir. Daxili detoksikasiya sistemlərinin köməkliyi ilə orqanizm özünü qoruyur. Hər hansısa xroniki və ya kəskin patoloji proseslərin təsirinə məruz qalmış detoksikasiya orqanı öz funksiyalarını tam və ya qismən itirir. Bunun nəticəsində xəstəliklər meydana çıxır və belə hallarda medikamentoz müalicə effektsiz olarsa o zaman efferent müalicə metodlarına ehtiyac yaranır. Bu üsullar sırasında:

Hemodializ – qanın təmizlənməsi (dialysis – diffuziya ilə hissəciklərin yarımkecirici membrandan keçmə qabiliyyətinin müxtəlifliyinə əsasən məhluldan çıxarılması);

Plazmaferez – plazmanın çıxarılması (pheresis – tamın bir hissəsinin çıxarılması);

Hemosorbsiya – qandakı toksiki maddələrin adsorbsiyası (adsorb – sormaq) və

s. istifadə olunur. Bu üsulların sayı indi 40 keçmişdir.

Hemofiltrasiya – bədəndə olanartıq mayenin və bir qrup toksik maddələrin şıxarılması

     Mərkəz müstəqil qurum kimi klinikanın 3-cü mərtəbəsində yerləşir və yüksək ixtisaslı mütəxəssislər işləyir.

     Şöbədə planlı və təxirəsalınmaz nefroloji tibbi yardıma ehtiyacı olan böyrəyin xronik xəstəlikləri, kəskin böyrək zədələnmələri və xronik böyrək çatışmazlığı olan xəstələrə hemodializ, hemofiltrasiya, ultrafiltrasiya aparılır. Mərkəzdə birincili böyrək patologiyası (qlomerulonefritlər, pielonefrit, böyrəklərin polikstozu və s.) ilə yanaşı ikincili nefropatiyalar (böyrəklərin şəkərli diabet, arterial hipertenziya, hamiləlik nefropatiyaları, sistem xəstəlikləri, amiloidoz, urat nefropatiyaları və s.) zamani xəstələrə dəqiq diaqnoz qoyulur və tibbin müasir  nailiyyətləri səviyyəsində müalicə aparılır.

     Mərkəzdə həmçinin efferent terapiya müalicəsinə ehtiyacı olan digər sistemlərin patologiyası olan xəstələrə (allergik xəstəliklər, ateroskleroz, qeyri spesifik xoralı kolit, Kron xəstəliyi, autoimmun aktiv hepatitlər, klimakterik sindrom, ekstrakorporeal mayalanmaya hazırlıq, antifosfolipid sindrom, şəkərli diabet, qırmızı qurd eşənəyi, atopik dermatit, dağınıq skleroz, hemorragik vaskulitlər, sepsis, trombo-hemorragik sindrom və s.)  plazmaferez, krioferez, hemosorbsiya, qanın lazer, ultabənövşəyi şualarla şualandırılması, ozonlaşdırılması və s. tətbiq edilir.

     Mərkəzdə həmçinin ultrasəs nəzarəti altında punksiyon böyrək biopsiyası, müasir diaqnostika və müalicə üsullarından istifadə olunmaqla böyrək, digər orqan və sistemlərin xəstəliklərinin dəqiq diaqnostikası aparılır və effektiv müalicə vasitələri (bioptatların elektron mikroskopik müayinəsi) tətbiq edilir.

     Proqram hemodializdə olan xəstələrə mərkəzi venoz (müvəqqəti 4-6 həftə: daimi 6 ay – 2 il ) kateterlər yerləşdirilir.

              Efferent terapiya mərkəzi aşağıdakı cihazlarla təchiz olunmuşdur:

  1. Hemodializ aparmaq üçün Almaniyanın Frezenius şirkətinin 7 Fresenius 4008 S “süni böyrək” cihazları

 

 

 

  1. Davamedici veno-venoz hemofiltrasiya ( CVVH, SCUF, PEX, PAP ) aparmaq üçün Almaniyanin BBRAUN şirkətinin DİAPACT CRRT cihazı

 

  1. Membran plazmaferezi aparmaq üçün  İsveçin Gambro şirkətinin  AK-10 cihazı və sentrofuqa Plazmaferezi aparmaq üçün Almaniyanın Hettich şirkətinin Rotiksa 50-RS cihazı

 

  

4. Qanın ultrabənövşəyi şualandırılması və ozonterapiyası üçün Rusiyanın Biotex şirkətinin Nadejda – O  cihazları ilə təchiz olunmuşdur.

 

  

5. Böyrəklərin punksion biopsiyası üçün MİNDRAY Z6 cihazı

  

 

6. Böyrək Biopsiyası aparılır

 

 

Şöbənin Həkimləri:


Şöbə Müdiri; Prof. Dr. Mehman Ağayev


Dr. Elgün Həziyev


Uzm. Dr. Orhan Quliyev

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.