az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Hematologiya

     ATU-nun Tədris Terpevtik Klinikasının Hematologiya  şöbəsində Poliklinika və Stasionar xidmətləri fəaliyyət göstərir. Gündüz stasionar şəraitdə xəstələr ən müasir protokollarla müalicə olunur.  

     Şöbəmizdə Türkiyə və Avropanın aparıcı hematologiya və sümük iliyi transplantasiyası mərkəzlərində təkmilləşmə kursları keçmiş mütəxəssis həkimlər və orta tibb personalı fəaliyyət göstərir:

  1. Şöbə müdiri: Dr.Valeh Hüseynov  
  2. Qan bankı, məsul şəxs: Xəyalə Qafarova  
  3. Dr. Naidə Ağayeva
  4. Dr. Şəhla Şabanova
  5. Dr. Elmira Vəliyeva
  6. Dr. Afaq Nəsibova 

Hematologiya - tibbin qanı, qanın istehsal olunduğu sümük iliyini və hemostaz (laxtalanma) sistemini öyrənən sahəsidir. Limfa düyünləri, dalaq və digər limfoid orqanlarının xəstəlikləri də hematologiyanın mövzularındandır.
Hematologiya bölümündə qanda baş verən hər hansı bir dəyişikliyin korreksiyası və müalicəsi barəsində məsləhətlər ala bilərsiniz. 

Qan  xəstəliklərinin diaqnostikasında aparılan müayinələr: 

  • Hemoqram (qanın ümumi analizi 19 parametrlik), Periferik yayma (qanın mikroskop altında incələnməsi);
  • Hemoqlobin elektroforezi (Hemoqlobin növlərini öyrənmək üçün);
  • Qanyaranma üçün lazım olan Dəmir, Ferritin, Eritropoetin, Vitamin B12, Fol turşusu;
  • Qanın laxtalanma analizləri;
  • Limfa düyünün punksiyası, biopsiyası; histomorfoloji, immunohistokimyəvi və sitogenetik müayinələri;
  • Sümük iliyin incələnməsi üçün sümük iliyin aspirasiyası və biopsiyası. Bu müayinə vasitəsi ilə sümük iliyi hüceyərələrinin sayı, ölçüsü və quruluşu barəsində məlumat əldə edilir.
  • Axım sitometriyası (FLOW sitometry) hüceyrələrin növünü (CD markerlərin) təyin etmək üçündür.
  • Sitogenetik müayinələr ( FISH). 

Klinikamızda aşağıdakı xəstəliklərin kompleks diaqnostikası, stasionar və  ambulator nəzarəti və müalicəsi həyata keçirilir:

  • Müxtəlif mənşəli qan azlıqları (anemiyalar)
  • Hemolitik anemiyalar (qırmızı qan hüceyrələrinin parçalanması)
  • İrsi hemoqlobinopatiyalar (oraq hüceyrəli anemiya və s.)
  • Aplastik anemiya
  • Trombosit xəstəlikləri (trombositopeniya, trombositemiya və s.)
  • Hemorragik diatezlər (qanın laxtalanma problemləri)
  • Eritrositoz və Polisitemiya
  • Mielodisplastik sindromlar
  • Leykozlar (kəskin, xroniki)
  • Limfomalar (Limfoqranulomatoz, Limfosarkoma)
  • Mielom xəstəliyi və Monoklonal Gammopatilər və s.
  • Histiositozlar
  • Xroniki mieloproliferativ xəstəliklər (idiopatik mielofibroz, həqiqi polisitemiya, essensial trombositemiya, mastositoz və s.)

 Aparılan müalicələr: 

  • Dərman müalicəsi (əsasən anemiyalarda, laxtalanma pozğunluqlarda və s.)
  • Kimyəvi dərman müalicəsi (əsasən leykoz, limfoma, mielom xəstəliyində)
  • Sümük iliyi (periferik kök hüceyrə) transplantasiyası. 

            Kimyəvi dərman müalicəsi nədir?

            Kimyəvi terapiya şişin dərmanla müalicəsi deməkdir. Bu müalicənin məqsədi şiş hüceyrələrinin yox edilməsi və ya kontrol altına alınmasıdır. Cərrahi və şua müalicəsi ilə birlikdə şiş əleyhinə müalicənin önəmli bir parçasıdır.

Kimyəvi terapiya dərmanları bədxəssəli hüceyrələri öldürərək bədənin normal hüceyrələrinə də təsir edir. Bununla əlaqədar müvəqqəti olaraq dərmanların yan təsirləri əmələ gəlir. Kimyəvi dərmanlardan ən çox zərər görən bədənimizin ən sürətlə çoxalan normal hüceyrələridir (saç dibi, mədə bağırsaq sistemi, sümük iliyi hüceyrələri). Bu səbəblə ürəkbulanma, qusma, saç tökülməsi, qan göstəricilərinin aşağı enməsi kimi əlamətlər xəstəni müvəqqəti olaraq narahat edə bilər. Qeyd etmək istəyirik ki, bu əlamətlər individualdır və bir çox xəstələrdə rast gəlinmir.

             Kimyəvi dərman müalicəsi harda və necə aparılmalıdır?

             Kimyəvi terapiya mütləq bu sahədə təcrübəli və bilikli tibbi heyəti olan mərkəzlərdə aparılmalıdır. Hər hansı digər xəstəxanada və ya evdə aparılmamalıdır.

Kimyəvi terapiya 3 yolla aparılır:

  1. Damardaxili axınla və ya infuziya şəklində (ən çox istifadə olunan)
  2. Əzələdaxili və ya dəri altına
  3. Ağızdan tablet və ya kapsul şəklində. 

Şöbəmizin yardımcı bölmələri:

  • Qan bankı
  • Aferez bölməsi (qanın bütün komponentlərinin  hazırlanması)
  • Laboratoriya
  • Radiologiya
  • Ümumi cərrahiyə  

Aferez bölməsi:

Klinikamızda qanın bütün komponentləri hazırlanır. Bunun üçün Aferez bölməsi fəaliyyət göstərir (eritrosit, trombosit kütləsi, təzə dondurulmuş plazma və kök hüceyrələrinin toplanması, saxlanılması həyata keçirilir). 

On il əvvəl bədxəssəli hematoloji xəstəliklərdə aparılan müalicələr xəstənin ömrünün uzadılmasına xidmət edirdi. Bu gün müasir tibbdəki inkişafla yanaşı olaraq yeni kimyəvi dərmanların hazırlanması, immun müalicələr, sümük iliyi tranplantasiyası və gen terapiyası ilə artıq hematoloji xəstəliklərdə şəfadan söz edilməkdədir.

Hematoloji xəstəyə yanaşma, diaqnostika və müalicə xüsusi bilikli, təcrübəli tibbi heyyətin olmasını tələb edir.

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.