az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
REZİDENTLƏRİN və KURATORLARIN NƏZƏRİNƏ
2017-ci ilin may ayında Azərbaycan Tibb Universiteti...
Tədris Terapevtik Klinika
1-31 MART tarixləri arasında qeyd edilən telefon...

...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Nevrologiya

 ATU-nun Tədris-Terapevtik Klinikasının 7-ci mərtəbisəndə yerləşir. Şöbədə 26 çarpayılıq 13 palata, fizioterapiya və reabilitasiya kabinetləri fəaliyyət göstərir. Söbənin müasir tibb avadanlıqları ilə təchizatı yüksək səviyyədə təşkil olunmuşdur.

Bölməyə respublikanın baş nevroloqu, Nevrologiya və tibbi genetika kafedrasının  müdiri

Prof. Dr. Mahalov Şərif İslam oğlu rəhbərlik edir.

Nevroloji şöbədə nevrologiya və tibbi genetika kafedrasının 2 professoru, 6 dosenti və 14 assistenti (onlardan 11 tibb üzrə fəlsəfə doktorudur), 6 bacarıqlı klinisist-nevroloqu, 2 doktorantı və 8 rezidenti çalışır.

Şöbədə peşəkar tibb bacıları fəaliyyət göstərir. Söbənin sanitar-gigiyenik vəziyyəti yüksək səviyyədədir.

Nevrologiya şöbəsinin həkimləri serebrovaskulyar xəstəlikləri, epilepsiya, sinir-əzələ xəstəlikləri, sinir sisteminin iltihabi, infeksiyon, xroniki proqressivləşən xəstəlikləri xəstəlikləri, demiyelinizəedici, irsi xəstəliklər və sair xəstəliklərinin diaqnostika və müalicəsini müasir səviyyədə aparırlar.

 

Elektroensefaloqrafiya   

Elektroensefaloqrafiya (EEQ) baş beynin funksional fəaliyyətini, yəni beynin bioelektrik proseslerini tədqiq etməyə imkan verən müayinə üsuludur. Beynin bu metodla müayinəsi təhlükəsizdir və sinir sisteminin xəstəlikləri zamanı olduqca vacib diaqnostik əhəmiyyətə malikdir.

 

Bu müayinə üsulu sinir sisteminin müxtəlif xəstəliklərində, eləcə də, digər orqan və toxumaların zədələnməsi nəticəsində sinir sistemində yaranan patoloji vəziyətlərdə diaqnozun dəqiqləşdirilməsi üçün vacibdir.

 

EEQ müxtəlif vəziyyətlərdə - ürəkgetmələr, qıcolmalar, insultlar, beyin şişləri huşun itirilməsi, bayılmalar, vegetative krizlər və s. hallarda önəmli diaqnostik metoddur. Xüsusilə ciddi sosial narahatçılıqlar yarada bilən epilepsiya xəstəliyinin diaqnostikasında elektroensefaloqrafiya müayinəsi qaçılmazdır.

 

Klinikamızda EEQ müayinəsini inkişaf etmiş ölkələrdə uzun müddət təcrübə keçmiş mütəxəssislər aparır.

 

Əgər siz öz nevroloji sağlamlığınızdan əmin olmaq istəyirsinizsə yalnız Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Nevrologiya şöbəsinə müraciət edin.Çünki burada respublikanın ən təcrübəli və peşəkar nevroloqları fəaliyyət göstərir.

 

 

Nevrologiya və tibbi genetika kafedrasının  müdiri: Prof. Dr. Şərif Mahalov

Şöbə müdiriAss. Dr. Dilarə Xəlilova

 

Prof.  Dr. Zakir Əliyev

Dos. Dr.  Aytən Məmmədbəyli

Dos. Dr. Aygün Musayeva

Dos. Dr. Dilarə Mahmudova

Dos. Dr. Mahirə Məmmədova

Dos. Dr. Ramin Rzayev

Dos. Dr. Təmraz Nəbiyev

Ass. Dr.  İsa Alşanov

Ass. Dr.  Nailə Abbasova

Ass. Dr. Günay Musayeva

Ass. Dr. İfadə  Rəhimova  

Ass. Dr. İsa Alşanov

Ass. Dr. Nuran Əmənullayev 

Ass. Dr. Samirə İsmayılova

 Ass. Dr. Şəhla Mehdiyeva 

Ass. Dr. Türkan Hüseynova

 Ass. Dr. Ülviyyə Bədəlova

Fizioterapiya 

Dos. Dr. Paşa Mehdiyev

 Ass. Dr. Vaqif Süleymanov  

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.
saytlarin hazirlanmasi iş elanları