az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
1- Pediatriya

ATU-nun Tədris Terapevtik Klinikasının I pediatriya şöbəsi klinikanın IV mərtəbəsində yerləşir. Şöbə Tibb Universitetinin 2 kafedrasını – Uşaq xəstəliklərinin propedevtikası və Müalicə fakültələrinin uşaq xəstəlikləri kafedralarını özündə cəmləşdirir. Uşaq xəstəliklərinin propedevtikası kafedrasında 1 professor, 5 dosent, 10 assistent; Müalicə fakültələrinin uşaq xəstəlikləri kafedrasında isə 1 professor, 3 dosent, 4 assistent fəaliyyət göstərr. Şöbədə bölmə rəhbəri funksiyasını Uşaq xəstəliklərinin propedevtikası kafedrasının professoru Isayev İbrahim İsa oğlu yerinə yetirir. I pediatriya şöbəsinin fəaliyyətinə rəhbərliyi şöbə müdiri Uşaq xəstəliklərinin propedevtikası kafedrasının dosenti t.e.f.d. Mustafayeva Şükufə Seyidağa qızı icra edir.

 

Şöbədə 9 palata və 41 çarpayı funksional fəaliyyətdədir. I pediatriya şöbəsində pediatrik profilli xəstələr müalicə olunur. Şöbədə kardiorevmatoloji və ümumi somatik (nefroloji, pulmonoloji, qastroenteroloji) xəstələrin müalicəsi aparılır. Burada fəaliyyət göstərən funksional diaqnostika kabinetində ExoKQ, 12 aparmada EKQ, ürək ritminin variabelliyinin təyini, yüksək informativli EKQ, Q-T intervalının mərhələli təhlili kimi tədqiqat üsulları həyata keçirilir.

Şöbənin müalicə işləri və sanitar-gigiyenik vəziyyəti şöbənin tibb heyəti hesabına həyata keçirilir. I pediatriya şöbəsinin tibbi heyəti – həkim heyəti 2 professor, 8 dosent, 14 assistent, 4 baş laborantdan; orta və kiçik tibb heyətindən – böyük tibb bacısı, təsərrüfat bacısı, 6 tibb bacısı (3 gündüz və 3 gecə) və 6 xadimədən (4 gündüz və 2 gecə) ibarətdir.

 

 

 

Uşaq xəstəliklərinin propedevtikası kafedrası &  Müalicə-profilaktika fakultələrinin Uşaq xəstəlikləri Kafedrası

I pediatriya şöbəsinin professor və həkim heyəti

 

 

Uşaq xəstəliklərinin propedevtikası kafedrasının Müdiri; Tibb elmləri doktoru, Əməkdar həkim, Əməkdar elm xadimi:

Prof. Dr. Ibrahim Isayev

Şöbə Müdiri; Dos. Dr. Şükufə Mustafayeva

 

Dos. Dr.  Səidə Xanməmmədova-Mikayılzadə

Dos. Dr. Nəriman Nağıyev

Dos. Dr. Rauf Bəylərov

Dos. Dr. Rəna Məmmədova

Ass. Dr. Asif Cəfərov

Ass. Dr. Nazim Hüseynov

Ass. Dr. Sevda  Abbasova

Ass. Dr. Zərifə  Məmmədova

Ass. T.e.b.  Dr. Mədinə  Hacıyeva

Ass. T.e.b.  Dr. Səbinə Həsənova

Ass. T.e.b. Dr. Esmiralda Mustafazadə

Ass. T.e.b. Dr. Firəngiz Vəlibəyova                               

Ass. T.e.b. Dr. Sveta Rəfiyeva

Müalicə-profilaktika fakultələrinin Uşaq xəstəlikləri Kafedra müdiri:  Tibb elmləri doktoru, Əməkdar elm xadimi;  Prof.Dr. Nəsib Quliyev

Dos. T.e.b. Dr. Səbirə Hüseynova

Dos. T.e.b. Dr.  Zahirə Talışlı

 Ass. T.e.b.  Dr. Bəyaz Babayeva

 Ass. T.e.b.  Dr. Gültəkin Novruzova

 Ass. T.e.b.  Dr. Leyla Rəsulova

 Ass. T.e.b.  Dr. Nigar Sədiyeva 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.