az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
REZİDENTLƏRİN və KURATORLARIN NƏZƏRİNƏ
2017-ci ilin may ayında Azərbaycan Tibb Universiteti...
Tədris Terapevtik Klinika
1-31 MART tarixləri arasında qeyd edilən telefon...

...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
3- pediatriya

 

ATU-nun Tədris  Terapevtik  Klinikasının III Pediatriya şöbəsi VI mərtəbədə yerləşir. Şöbədə  Azərbaycan Tibb Universitetinin  I  Uşaq xəstəlikləri kafedrasının  əməkdaşları fəaliyyət göstərir: bir professor, bir dosent, üç dosent əvəzi, 11 assistent, 2 baş laborant, 2 doktorant.

         III Pediatriya şöbəsində 3 tədris, 2 dosent, 2 assistent, 1 baş laborant və rezidentlər  üçün otaqlar, 14 palata, 1 yeməkxana, 1 mətbəx var. Şöbədə 36 çarpayı funksional fəaliyyətdədir. Şöbədə tibbi proseduralar və təsərrüfat işləri orta və kiçik tibb işçiləri tərəfindən həyata keçirilir: 1 böyük tibb bacısı, 1 təsərrüfat bacısı, 5 tibb bacısı (2 gündüz, 3 gecə) və 5 xadimə (2 gündüz, 3 gecə).  

Şöbənin peşəkar ixtisaslaşmış mütəxəssisləri ambulator şəraitdə müayinə aparmaqla yanaşı,  aşkar edilmiş patologiyanın müalicəsi ilə məşğul olurlar. Göstəriş  olan  hallarda həkim xəstələri klinikan ın  III pediatriya şöbəsinə qəbul edərək stasionar şəraitdə müalicə aparır. Bəzi hallarda müalicə gündüz stasionarı şəraitində  aparılır.

III Pediatriya şöbəsində pediatrik profilli xəstələr müayinə və müalicə olunur:

- sümük-əzələ sisteminin və birləşdirici toxumanın diffuz xəstəlikləri, revmatik  xəstəliklər

- tənəffüs sistemi xəstəlikləri

- həzm sistemi xəstəlikləri

- ürək-qan dövranı sistemi xəstəlikləri .

Xəstələrə ətraflı müayinə məqsədi ilə müasir laborator- instrumental ( USM, EKQ, KT) lazım olan hallarda  ExoKQ, EEQ, nevrolopatoloqun, endokrinoloqun  konsultasiyayaları və fizioterapevtik proseduralar aparılır. Şöbə daxilində xəstələrin müalicə və müayinə məsələlərinin daha dolğun və düzgün həyata keçirilməsi üçün şöbədə mütəmadi konsilium və  baxışlar təşkil olunur.

Məlumatın alınması və həkim qəbuluna yazılması telefon vasitəsi ilə də həyata keçirilə bilər. 

 

    

 

III Pediatriya şöbəsinin  həkimlərinin siyahısı:

Şöbənin bölmə rəhbəri: Əməkdar Elm Xadimi Professor. Dr. Surxay Musayev.

Şöbə müdiri: T.e.n. Ass. Dr. Sevda Məmmədova.

Uşaq reanimasiyası bölməsinin rəhbəri:  T.e.d. Dos. Dr. Ələkbər  Həsənov 

T.e.n. Dos. Fəxriyyə Məmmədova 

T.e.n. Ass. Dr. Nəzakət Hüseynova

T.e.f.d. Ass. Dr. Ulviyyə Hacıyeva

T.e.n. Dos. Dr. Lalə  Hidayətova

Ass. Dr. İradə Səfərova

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.
saytlarin hazirlanmasi iş elanları