az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Konsultativ-Diaqnostik Poliklinika

Konsultativ-Diaqnostik Poliklinika Tədris Terapevtik Klinikanın II mərtəbəsində yerləşir. Burada qeydiyyat otağı, 10 müayinə otağı, Endoskopiya şöbəsi, Ultrasonoqrafiya şöbəsi, Kardioloji diaqnostika şöbəsi, Neyrofunksional Diaqnostika kabineti, Klinik-Diaqnostik laboratoriyaya və Şüa Diaqnostikası bölümünə aid kabinetlər, 4 mühazirə zalı mövcuddur.

Konsultativ – Diaqnostik Poliklinikada ölkəmizin ən tanınmış mütəxəssisləri xəstələrin müayinə və müalicəsi ilə məşğul olur. Burada dünyanın ən inkişaf etmiş ölkələrində tibb və mütəxəssis təhsilini almış, həmçinin müvafiq ixtisaslar üzrə təkmilləşdirmə kursları keçmiş həkimlər fəaliyyət göstərir.

Konsultativ-Diaqnostik Poliklinika müasir avadanlıqlarla, rəqəmsal texnologiyalı apparatlarla təchiz olunmuşdur. Buraya müraciət edən xəstələr ilkin diaqnozlarına müvafiq olaraq müxtəlif müayinələrdən ( rentgen, kompüter tomoqrafiya, endoskopiya, angioqrafiya, ultrasonoqrafiya, elektrokardioqrafiya, Doppler ExoKQ, elektroensefaloqrafiya, laborator müayinələr və s.) keçir. Yüksək dəqiqliklə aparılmış müayinələr müalicənin düzgün istiqamətləndirilməsinə yardım edir.

Kardioloji Diaqnostika şöbəsinə prof. Baxşıyev M.M. rəhbərlik edir. Burada 2 mütəxəssis həkim və 2 tibb bacısı fəaliyyət göstərir. Şöbədə EKQ, Doppler ExoKQ, Stress (tredmil) test, Holter monitorlanma müayinələri aparılır.

Endoskopiya şöbəsinə t.e.n. Rzayev T.M. rəhbərlik edir. Burada ezofaqoqastroduodenoskopiya, rektoskopiya, kolonoskopiya, bronxoskopiya, ezofaqus varikozlarının elastik həlqələr vasitəsilə bağlanması, ezofaqus varikozlarının skleroterapiyası, polipektomiya, endoskopik biliar dilatasiya, biopsiya və s. kimi müayinə və müalicə tədbirləri aparılır.

Ultrasonoqrafiya şöbəsində 4 mütəxəssis həkim və 3 köməkçi-operator fəaliyyət göstərir. Burada tam abdominal müayinə, fetometriya (dopplerlə), neyronoqrafiya, ginekoloji və uroloji orqanların, bud-çanaq oynağının USM və s. müayinələr aparılır.

Neyrofunksional Diaqnostika kabinetində 3 mütəxəssis həkim, 1 tibb bacısı fəaliyyət göstərir. Burada elektroensefaloqrafiya və elektromioqrafiya müayinələri aparılır.

Konsultativ -Diaqnostik Poliklinikaya ass. Musayeva T.M. rəhbərlik edir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.