az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Pulmonologiya & Allerqologiya

AZƏRBAYCAN  TİBB  UNİVERSİTETİNİN

TƏDRİS  TERAPEVTİK  KLİNİKASI

Pulmonologiya, allerqologiya

ATU-nun Tədris Terapevtik  Klinikasının 12-ci mərtəbəsində ”Pulmonologiya, allerqologiya” fəaliyyət göstərir. 01.04.11-ci il tarixindən V Terapiya adı altında fəaliyət göstərən şöbə 2014-cü ilin noyabr ayından Universitet rəhbərliyinin əmri ilə VI Terapiya şöbəsi ilə  birləşdirilərək “Pulmonologiya, allerqologiya, nefrologiya” şöbəsi adlandırılmışdır. 2017-ci ildən nefrologiya bölümü klinika rəhbərliyinin göstərişi ilə sərbəst şöbə kimi fəaliyyətə başladığından şöbə “Pulmonologiya, allerqolodiya” adı ilə fəaliyyətini indiki günə kimi davam etdirir. ATU-nun 2 kafedrasını – “Terapevtik və pediatrik kafedraların propedevtikası” və “Kliniki farmakologiya”kafedralarını özündə cəmləşdirir. Terapevtik və pediatrik kafedraların propedevtikası kafedrasının 3 professor, 5 dosent,  11 assistent, 3 baş laborant, 17 rezident;  Kliniki farmakologiya kafedrasının isə 1 dosent, 2 assistent, 2 baş laborantdan ibarətheyəti bu şöbədə fəaliyyət göstərir. Şöbədə bölmə rəhbəri funksiyasını respublikanın baş allerqoloqu prof. Məmmədov Cəbrayıl Teymur oğluhəyata keçirir.

Şöbənin fəaliyyətinə yarandığı gündən bu günə kimi“Kliniki farmakologiya”kafedrasının assistenti t.e.n. Ağayeva Kəmalə Əlirza qızı rəhbərlik edir.

Şöbədə 36 çarpayılı 11 palata fəaliyyət göstərir.Müalicə işləri və sanitar-gigiyenik vəziyyəti şöbənin tibb heyəti hesabına həyata keçirilir. Şöbənin həkim heyəti daim öz üzərində işləyən, ölkədaxili və xaricində keçirilən konfranslarda iştirak edərək daim yeniliklərə yiyələnən və biliklərini təkmilləşdirən kollektivdən ibarətdir. Tibb heyətinə həmçinin orta və kiçik tibb işçiləri – böyük tibb bacısı, təsərrüfat bacısı, 6 tibb bacısı (3 gündüz və 3 gecə) və 6 xadimədən (3 gündüz və 3 gecə) ibarət heyət daxildir.Şöbədə müalicə olunan xəstələrə kinikamızda yüksək səviyyədə təşkil olunmuş müasir standartlara uyğun laborator və instrumental müayinə metodları  aparılır, standart müalicə protokollarına əsasən mülicələr aparılır. Klinikada dünya standartlarına uyğun olaraq elektron xəstəlik tarixləri yazılır.

Şöbədə ümumi terapevtik, pulmonoloji, allerqoloji xəstələr müalicə olunur. Bu xəstələrə tibbin müasir tələblərinə cavab verən laborator, diaqnostik müayinə üsulları aparılır. Eyni zamanda müasir standart müalicə protokollarına əsaslanan müalicə üsulları tətbiq edilir. Şöbədə pulmonoloji xəstələrə diaqnostik məqsədlə spirometriya müayinəsi aparılır, müalicəvi məqsədlə isə nebulayzerlə dərman inhalyasiyaları  qəbul edilir. Şöbənin həkimləri tərəfindən reanimasiya, nevralogiya və digər şöbələrdəki xəstələrə konsultasiyalar; rezidentlərə rəhbərlik həyata keçirilir; müxtəlif mövzularda dəyirmi stol elmi-praktik konfranslar; bölmə rəhbərinin, dosentlərin, şöbə müdirinin  baxışları həyata keçirilir. 

 

Şöbənin həkim heyəti

 

Şöbənin rəhbəri: Prof. Dr. Cəbrayıl Məmmədov

Şöbə müdiri:  Ass. Dr.  Kəmalə Ağayeva

 

Dos. Dr. Aliyə Bağırzadə 

Dos. Dr. Sevda Quliyeva 

Dos. Dr. Vüsal Yusifov 

Ass. Dr. Arzu Bəydəmirova 

Ass. Dr. Əlizamin Sadıqov 

Ass. Dr. Filurə Babayeva 

Ass. Dr. Könül Abbasəliyeva 

Ass. Dr. Ramiz Quliyev 

Baş lab  Sadıqova Günel

Baş lab  Hüseynova Şərəf

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.