az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
REZİDENTLƏRİN və KURATORLARIN NƏZƏRİNƏ
2017-ci ilin may ayında Azərbaycan Tibb Universiteti...
Tədris Terapevtik Klinika
1-31 MART tarixləri arasında qeyd edilən telefon...

...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Reanimasiya və intensiv terapiya

    ATU TTK Reanimasiya və intensiv terapiya şöbəsi klinikanın ən vacib bölmələrindən biridir. Bu şöbəyə həyati vacib funksiyaları dayanmış, yaxud kəskin pozulmuş və ya pozulması gözlənilən xəstələr yerləşdirilir və onlara 24 saat ərzində xidmət göstərilir.

Şöbədə 25 funksional çarpayi var (Hill-Rom. A Hillenbrand industry. China), onlardan 7-si uşaglar ücün nəzərdə tutulub. Hər çarpayının başında Chirolog SV Chirana (Slovak Republik) tənəffüs aparatı cihazı və hər cür monitorizasiya uygun BM5 "Bionet" (South Korea) monitorlar yerləşdirilmişdir. Şöbədə defibrilyatorlar (Defi Monitor XD "Primedik", Germani), portativ rentgen aparatı (BLD-31C, Korea), infuzomatlar (Medifuzion MP-1000, Daiwha Corp, Korea), perfuzorlar (Syringe infuzion pamp MS-2200, Daiwha Corp, Korea) və s. müasir aparatlar və cihazlar var.

Şöbədə bölmə rəhbəri funksiyasını professor İ.S.İsmayılov icra edir. Şöbənin müalicə işləri I Daxili xəstəliklər və reanimatologiya kafedrasının həkim heyəti hesabına keçirilir: 1 dosent (şöbə müdiri), 4 assistent və 2 baş laborant. Uşaq bölməsinin rəhbəri t.e.d. Ə.Həsənov, onun rəhbərliyi altında pediatriya kafedrasının 2 assistenti çalışır.

Şöbədə peşəkar tibb bacıları fəaliyyət göstərir. Söbənin sanitar-gigiyenik vəziyyəti yüksək səviyyədədir.

Reanimasiya və intensiv terapiya şobədə yatan xəstələrə günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması ücün şərait yaradılmışdır.

Həkimlərimiz

Şöbə Müdiri: Dos. Dr. Əliyar Sultanov 

Uzm. Dr. Bayram Nuriyev  

Uzman. Dr. Emil Qasımov

T.e.n. Ass. Dr. Təranə Sadıqova 

T.e.n. Dos. Dr. Turkan Kərimova 

T.e.n. Ass. Dr. Vüsalə Mirzəyeva

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.
saytlarin hazirlanmasi iş elanları