az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Revmatologiya & Qastroenterologiya

 ATU-nun Tədris-Terapevtik klinikasının 11 mərtəbəsində yerləşir. Şöbədə ATU-nun pediatriya fakültəsinin daxili xəstəliklər kafedrası fəaliyyət göstərir. Kafedrada 3 professor, 4 dossent, 11 assistent fəaliyyət göstərir. Bölmə rəhbəri funksiyasını pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri pofessor, Hidayətov Əlihüseyn Alışan oğlu yerinə yetirir Revmatologiya & Qastroenterologiya şöbəsi  müdiri vəzifəsini kafedranın professoru, t.e.d. Musayev Sahib Kazım oğlu icra edir.

 Şöbədə 12 palata və 36 çarpayı funksional fəaliyyətdədir Revmatologiya & Qastroenterologiya Şöbəsində əsasən mədə-bağırsaq, qaraciyər-od yolları və revmatik profilli xəstələr müalicə olunurlar.

Şöbənin müalicə işləri və sanitar-gigiyenik vəziyyəti şöbənin tibb heyəti hesabına həyata keçirilir. IV Terapiya şöbəsinin tibbi heyəti - həkim heyəti: 2 professor, 3 Dos. Dr., 9 Ass. Dr.  1 baş laborantdan; orta və kiçik tibb heyətindən - böyük tibb bacısı, təsərrüfat bacısı, 5 tibb bacısı (3 gündüz və 2 gecə) və 4 xadimədən (2 gündüz və 2 gecə) ibarətdir.

 

                Şöbədə xəstələrin müayinə və müalicəsi kafedranın assistentləri tərəfindən həyata keçirilir. Professorların, Dos. Dr.lərin xəstələrə baxışları əvvəlcədən müəyyənləşdirilmiş günlərdə təşkil olunur. Stasionarda müalicə olunan xəstələrə müvafiq bütün prosedurlar həyata keçirilir.

 

 ATU-nun Tədris Terapevtik klinikasının IV terapiya şöbəsində təbabətin ən müasir standartlarına cavab verən mədə-bağırsaq və revmatik xəstəliklərin diaqnostika və müalicə proqramları həyata keçirilir.

 

  Mədə-bağırsaq və qaraciyər-öd yolları diaqnostika və müalicə istiqamətləri:

 

I kliniki morfologiya (qaraciyərdə, mədə və bağırsaqdan götürülmüş bioptatın müayinəsi);

II etioloji faktorlar (hepatit virusları, Helicobacter pylori və b.);

III digər xəstəliklər zamanı mədə-bağırsaq sisteminin vəziyyəti;

IV mədə-bağırsaq xəstəliklərinin diaqnostika və müalicə, profilaktika metodları (ezofagit, qastrit, xora xəstəliyi, xoralı kolit, Kron xəstəliyi və b)

V qaraciyər və biliyar sistemin xəstəlikləri (hepatit, qaraciyər sirrozu, xolesistit, diskineziyalar və b;)

VI mədəaltı vəzi xəstəlikləri (kəskin və xroniki pankreatit).

 

 

 

Revmotologiya ixtisası üzrə diaqnostika, müalicə, profilaktik metodlarının istiqamətləri:

 

I iltihabı  oynaq xəstəlikləri;

II autoimmum xəstəliklərinin immunoloji, morfoloji, funksional müalicə və diaqnostika prinsipləri;

III degenerativ oynaq xəstəklikləri;

IV birləşdirici toxumanın diffuz xəstəlikləri (revmatoid artriti, sistem qırmızı qurd eşənəyi, dermatomiozit sistem sklerodermiyası);

V sistem vaskulitləri.

 

Revmatologiya & Qastroenterologiya Şöbəsi 

Pediatriya kafedrasının daxili xəstəliklər kafedrası           

 

Kafedra müdiri;  Prof. Dr. Əlihüseyn Hidayətov

Şöbə müdiri;  Prof. Dr. Sahib Musayev

Dos. Dr. İnarə Əlixanova

Dos. Dr. Zeyqəm Süleymanov

Ass. Dr.  t.ü.f.d. Aida İbrahimova

Ass. Dr.  t.ü.f.d. Fikrət Zeynalov

Ass. Dr.  t.ü.f.d. Səlimə Xəlilova

Ass. Dr.  t.ü.f.d. Sevda Məcidova

Ass. Dr.  t.ü.f.d. Sevinc Əliyeva

Ass. Dr.  t.ü.f.d. Tamilla Qəmbərova

Ass. Dr. Əhməd Nəbiyev 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.