az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
REZİDENTLƏRİN və KURATORLARIN NƏZƏRİNƏ
2017-ci ilin may ayında Azərbaycan Tibb Universiteti...
Tədris Terapevtik Klinika
1-31 MART tarixləri arasında qeyd edilən telefon...

...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Təcili Tibbi Yardım

   İnsanların sağlamlıq problemləri ilə əlaqədər olan ölüm hallarının və əlilliklərin qarşısının alınması baxımından sürətli müdaxilə və sürətli qərar vermə prinsiplərini özündə çəmləşdirən elm sahəsidir. Məlumdur ki, kəskin xəstəliklər və yaralanmalar zamanı bu sahədə xüsusi təhsil almış həkimlər xəstənin qimətləndirilməsi, müalicəsi və yönlənirməsini təmin etmək üçün çalışır. Son illər Təcili Tibbi Yardım xidmətləri bütün dünyada sürətlə inkişaf etməktədir. Məhz bu baxımdan dəvamlı təhsil və ixtisaslaşma bu xidmətin ən mühüm təməlini təşkil edir. Klinikamızda fəaliyyət göstərən Təcili Yardım xidmətinin əsas qayəsinidə elə bu təşkiı edir.

Təcili Xidmət nəzdində olan bölmələr.

Resusitasiya Palatası; Hər hansı bir səbəblə tənəffüs və kardiag arəstə olan, ya da olma ehtimalı yüksək olan, travma səbəbi ilə təcili xidmətə baş vuran, qanaması olan, zəhərlənmə nedi ilə təcili gətirilən, şüuru qapalı olan, təcili yardım ilə xəstəxanaya gətirilən xəstələrin ilk müayinəsi və müalicəsinin edildiyi hissə.

Xəstə Müayinə Bölməsi; Ayaqda gələn xəstələrin müayinə diaqnoz və müalicəsinin edildiyi müstəqil otaq yada karavanla bölünmüş yer.

 Müşahidə otağı : Gərək resusitasya gərəksə xəstə müayinə otaqlarında ilk müayinə və müalicələrinin edilib xəstəxanadan çıxış və ya yatışları dəqiqləştirilməyən xəstələrin ən çox 12 saat müddətlə baxım və müalicəsinin edildiyi hissə.

Müdaxilə Bölməsi ; Hər cür tikiş atma və alma, gips və bənzəri kiçik cərrahi əməliyyatlar edilən otaq.

Gözləmə Bölməsi ; Xəstə yaxınlarının gözləməsi üçün yaradılan pəncərəli təcili girişinə və girişə yaxın, isti və soyuqdan qorunan erqonomik oturma nizamın olduğu hissə.

Triyaj Bölməsi : Təcili tibb texniki, tibb bacısı ya da səhiyyə məmurunun,  təciliyə baş vuran xəstələri qarşılandığı, müalicəsinin hansı hissədə, kim tərəfindən ediləcəyinə qərar verildiyi vahididir.

Kritik Xəstə Baxım Bölməsi: İlk resusitasiyası və müalicəsi edilən və hələ də stabil ola bilməyən xəstələrin 24 saat getməmək şərti ilə təqib və müalicələrinin edildiyi  bölüm.

Primer Müalicə Bölməsi: Təcili xidmətə ayaqdan müraciət edən, tədqiq ehtiyacı olmayan anamnez və müayinə ilə müalicəsi planlaşdırıla bilən xəstələrin baxıldığı bölüm.

 

Dr. Sübhan Hacıyev 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.
saytlarin hazirlanmasi iş elanları