az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Ürək Damar Mərkəzi

İnvaziv Müayinə və Müdaxilələr:

  1. Koronar Angioqrafiya və Balon /STENT Müdaxilələri.
  2. Periferik Angioqrafiya və Balon /STENT Müdaxilələri.
  3. Serebral/Karotis Angioqrafiya və Balon /STENT/ Müdaxilələri.
  4. Kəskin İnsultda Trombektomiya.
  5. Elektrofizioloji Müayinə və Ablasiya.
  6. Ürəkdaxili Kardiostimulyator və Defibrilyatorların yerləşdirilməsi.
  7. Ürəyin Resinxronizasiya Terapiyası.
  8. Loop Recorder (36 aylıq Holter EKQ) yerləşdirilməsi.
  9. Anadangəlmə ürək qüsurlarının invaziv yolla müalicəsi (ASD, VSD, PDA).
  10. Ürək boşluqlarının Kateterizasiyası.
  11. Perikardiosentez.
  12. Renal Denervasiya və Renal Arteriyanın Stentlənməsi.
  13. Damardaxili qapaq (mitral, trikuspid, pulmonar, aort) müdaxilələri.

 

Qeyri-İnvaziv Müdaxilələr:

  1. Elektrokardioqrafiya.
  2. 4D Transtorakal və Transesofaqial Exokardioqrafiya (GE Vivid E9).
  3. Stress (dobutamin, dipiridamol) Exokardioqrafiya.
  4. Arterial Təzyiqin və Ritmin 24 saatlıq Holter monitorizasiyası.
  5. Kardiovaskular Stress Test Müayinəsi.
  6. 6 dəgigəlik yerimə testi.
  7. Tilt-table testi.
  8. Kardiostimulyator və defibrilyatorların yoxlanması.
  9. Ritm pozğunluqlarının farmakoloji və qeyri farmakoloji provokasiyası.
  10. Elektriki kardioversiya.

 

24 saatlıq xidmətlər:

  1. Təcili Tibbi Yardım Şöbəsi
  2. Reanimasiya və İntensiv Terapiya Şöbəsi
  3. Kardioloji Stasionar təqib
  4. Biokimyavi Laboratoriya
  5. Təcili İnvaziv Müdaxilələr

 

 

 

Mərkəzimizdə kardiologiya sahəsində ixtisaslaşmış tibbi heyət və müasir tibbi avadanlıqlarla ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsində dünyanın aparıcı kardiologiya cəmiyyətləri o cümlədən Azərbaycan Kardiologiya Cəmiyyətinin tövsiyyələrinə uyğun xidmətlər göstərilməkdədir. Həkim heyətimiz xaricdə Kardiologiya ixtisası üzrə təhsil almış mütəxəssislərdən qurulmuşdur:

 Dos. Dr. Fərid Əliyev

 TüFD. Uzm. Dr. Elnur İsayev

 Uzm. Dr. Fuad Səmədov

Mərkəzimizdə 25 yataqlı stasionar, 5 yataqlı angioqrafiya şöbəsi, 3 yataqlı kardioloji intensiv terapiya bloku, angioqrafiya laboratoriyası, elektrofizioloji laboratoriya, exokardioqrafiya və stress test laboratoriyası və ambulator müayinə otaqları fəaliyyət göstərir. 

Noninvaziv Müayinələr

Exokardioqrafiya və stress test laboratoriyası Cardiolette elektrokardioqraf cihazı, Cardioline EKG Holter cihazları, Cardioline treadmill cihazı, GE Vivid E9 və GE Vivid S5 exokardioqrafiya cihazları ilə təchiz edilmişdir. 

İnvaziv Müayinə və Müalicələr

Angioqrafiya laboratoriyası müasir invaziv müayinə və müalicə tələblərinə cavab verən Toshiba Infinix angioqrafiya cihazı ilə təchiz edilmişdir. 24 saatlıq iş rejimində xidmət göstərən laboratoriyamızda kəskin koronar sindromlar zamanı həyat qurtarıcı əhəmiyyətə malik təcili koronar angioqrafiya və angioplastika prosedurları icra olunmaqdadır.

Aritmologiya

Mərkəzimizdə müasir tələblərə cavab verən Cardiotek Netherlands EPS cihazı və IBI 1500T RF Generator Ablasiya cihazı ilə təchiz edilmiş elektrofizioloji laboratoriya fəaliyyət göstərməkdədir. Bu laboratoriyada ürək ritminin pozğunluqlarının diaqnostika və müalicəsi, müvəqqəti və daimi kardiostimulyatorların, ürəkdaxili kardioverter defibrilyatorların (ICD) implantasiyası və ürək çatışmazlığının müasir müalicəsinin bir hissəsi olan kardiak resinxronizasiya terapiyası (CRT) icra edilməkdədir.

Müayinə və müalicə tədbirləri ilə bərabər tədris prosesində də fəaliyyət göstərən Ürək-Damar Mərkəzinin əməkdaşları tam ixtisaslı həkimlərin formalaşması üçün seminar və mühazirələrin aparılmasında, rezidentlərin nəzəri və praktiki biliklərə yiyələnməsində, tədris metodik tövsiyyələrin tərtibatında, o cümlədən Azərbaycan Kardiologiya Cəmiyyəti və Avropa Kardiologiya Cəmiyyətinin tədbir və proqramlarında aktiv iştirak edir. 

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.