az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Bəyaz Babayeva

 

 

 Babayeva Bəyaz Asəf qızı 
                            
                   MPF-nin Uşaq xəstəlikləri kafedrası, assistent                                                 

                        +99412 441 33 48 (142)                               

 

 


Mən, Babayeva Bəyaz Asəf qızı ATU-nun Pediatriya fakultəsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildən etibarən MPF-nin Uşaq xəstəlikləri kafedrasında baş laborant vəzifəsində əmək fəaliyyətimə başlamışam. 2010-cu ildən hal-hazıra kimi ATU-nun Tədris Terapevtik Klinikasında Uşaq Reanimasiya və İntensiv Terapiya bölməsində çalışıram. Bu sahədə nəzəri biliyimi, təcrübəmi və yeni texniki avadanlıqlarla işləmə qabiliyyətimi artırmaq məqsədi ilə 2013-cü ilin avqust ayının 1-dən noyabrın 1-nə qədər ATU-nun TTK-nın direktoru ə.e.x., prof. Surxay Musayevin və Beynalxalq Əlaqələr şöbəsinin müdiri dos. Qabulova Rəhimə xanımın təşəbüssü ilə Türkiyə Cumhuriyyətinin Ankara şəhərinin Hacettepe Universitetinin Tibb Fakultesinin Çoçuk Sağlığı və Xastalıkları Ana Bilim Dalının nəzdində olan Çoçuk Yogun Bakım Ünetisində ixtisaslaşma kursu keçmişəm.

                           

Reanimasiyada olduğum müddət ərzində geniş spektr xəstəlikləri müşahidə etmişəm. Xüsusilə poliorqan çatışmazlığı olan xəstələr diqqət mərkəzimdə olmuşdur. Mən ilk dəfə burada ürək və ağciyər funksiyalarını müvəqqəti ( bir neçə gündən bir neçə aya qədər) bərpa edən Ekstrokorporal membran oksigenasiya (EKMO) metodu ilə tanış olmuşam.

Tənəffüs çatışmazlığı olan, uzun müddət ağciyərlərin süni ventilyasiyası aparılan xəstələrdə barotravma kimi ağırlaşmaların qarşısını almaq üçün HFO (high frequency oxygenation) metodundan istifadə olunurdu. Bu zaman tənəffüs açıq konturda həyata keçirilir və tənəffüs yollarında təzyiq minimal olur. Bu da hipoksiya və tənəffüs yollarının elastikliyi zəif olan xəstələrdə barotravma riskinin qarşısını alır.

                                                     

Tənəffüs çatışmazlığı olan, uzun müddət ağciyərlərin süni ventilyasiyası aparılan xəstələrdə barotravma kimi ağırlaşmaların qarşısını almaq üçün HFO (high frequency oxygenventilation) metodundan istifadə olunurdu.

Tənəffüs çatışmazlığı olan uşaqlarda üstünlük Qeyri invaziv metodlara verilir. Bu da tənəffüs yolları epitelinin zədələnmə riskini, intubasiya və ASV-si olan xəstələrdə baş verə biləcək ağırlaşmaların, xüsusilə nozokomial infeksiyaların inkişaf riskini azaldır.

Orada olduğum müddət ərzində mən xəstələrin intubasiyası, damarların kateterizasiyası, onurğabeyni mayesinin, sümük iliyinin punksiyası və həmçinin dərman maddələrinin sümükdaxili yeridilməsi vərdişlərinə yiyələnmişəm.
Dünyanın son tibbi nailiyyətləri ən qısa zamanda klinikanın akademik personalı arasında müzakirə olunur, ona münasibət bildirilir və ən effektli nəticələr tətbiq edilirdi. Həkimlər daim inkişaf və təkmilləşmə prosesindədilər. 
İxtisaslaşma vaxtı çox səmərəli və mənalı başa catdı. Mən türk həmkarlarımdan dərin hörmət və ehtiram hissi ilə ayrıldım. Xüsusən də, klinikanın Baş həkimi Benan Bayrakçı və uzman Selman Kəsici bəylərə öz dərin təşəkkürümü bildirmək istərdim.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.