az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Vüsalə Mirzəyeva
Vüsalə Mirzəyeva
t.ü.f.d., I Daxili xəstəliklər və Reanimatologiya kafedrasının baş laborantı
Tel: (+994 12) 441 33 48 (144)

 

 

 

 

 

 

BİLİK MÜBADİLƏSİ
2013-çü ilin avqust ayının 1-dən etibarən ATU-nun TTK-nın direktoru prof. Surxay Musayevin və I Daxili xəstəliklər və Reanimatologiya kafedrasının müdiri prof. İsfəndiyar İsmayılovun təşşəbüssü, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulovanın dəstəyi və ATU-nun rektoru akad. Əhliman Əmiraslanovun icazəsi ilə mən, I Daxili xəstəliklər və Reanimatologiya kafedrasının baş laborantı, t.ü.f.d. Vüsalə Mirzəyeva Türkiyə Respublikasının Ankara şəhərində Hacettepe Universitetinin Erişkin xəstəxanasında 3 ay (1.VIII - 1.XI) ərzində Anesteziologiya və Reanimatologiya fənni üzrə iş yerində ixtisasımı artırdım.

Xəstəxananın baş həkimi və İç Xəstəlikləri reanimasiya şöbəsinin müdiri prof. Dr. Arzu Topeli İskit, anesteziologiya-reanimatologiya kafedrasının professor-müəllim heyəti, prof. Dr. Ülkü Aypar, prof., Dr. Saadet Özgen, prof. Dr. Meral Kanbak, prof. Dr.Seda Banu Akinçi və digərlərinin mühazirələrini, toplantılarında çıxışlarını dinlədim, gündə 2 dəfə professor heyəti tərəfindən keçirilən səhər və axşam vizitlərində ( xəstələrə baxış) və dərslərdə iştirak etdim. Qeyd etmək istərdim ki, bu yeni tərzdə keçirilən toplantılar, vizitlər, dərslər və s. mənim üçün çox maraqlı və dəyərli idi.


Klinika hər cür təcrübə, avadanlıqlar ilə təmin olunub və tələbələr, həmçinin mən, bunlardan çox rahat şəkildə istifadə edə bilirdik. Mən burada həkimlərlə birlikdə reanimasiya şöbələrində aparılan müalicə işlərində iştirak edib, onlardan mümkün qədər çox bilik və praktik vərdişləri öyrənib mənimsəməyə çalışdım. Yeni avadanlıqlara, cihaz və alətlərə diqqət yetirdim.
İlk dəfə gördüyüm avadanlıqlardan ikikeçidli borunu, silikon nazoqastral zondu, qapalı aspirator-sorucunu, bəlğəmin götürülməsi üçün alət və s. qeyd etmək istərdim.

İkikeçidli boru - kombitub. Traxeyanin intubasiyasi çətin invaziv mudaxilədi ve bu mudaxilə zamanı hər hansı bir xəta, məsələn, təsadüfən qida borusunun intubasiyası xəstənin vəziyyətinin kəskin pisləşməsinə və hətta ölümünə səbəb ola bilər. Xəstə ağir vəziyyətdə olduğu zaman, məsələn, kəskin tənəffüs çatişmazlığı və ya urək dayanması zamanı, aparılan CPR -da (kardiopulmonar rezuscitation - ürək-ağ ciyər reanimasiyası) tənəffüsün bərpasına minimal vaxt ayırmaq üçün və bu zaman ən təhlükəli hesab olunan ağ ciyərlərin aspirasiyasının qarşısını almaq üçün kombitublardan istifadə olunur. Borunun iki keçidi var, 1-si, "pharyngeal lumenda" hava üçün çıxış yolu açıqdı, manjeti distal tərəfdə yerləşdirilib (pharyngeal baloon - 100 cc həcmdə). 2-si, "tracheoesophageal lumenin" ucunda hava çixiş yolu yoxdu, lakin üzərində havanın çıxışı üçün bir neçə kiçik dəliylər var, manjeti distal yerləşib (tracheoesohpageal cuff - 15cc). Larinqoskop istifadə etmədən kortəbii yol ilə boru xəstənin ağiz boşluğuna salınır və irəli yeridilir. Əgər boru tənəffüs yollarındadısa, adi qaydada proksimal manjet şişirdilir və hava bu borudan birbaşa traxeya ve bronxlara keçir. Əgər boru qida borusundadısa, onda distal manjet şişirdilir, bu borunun ucu qapalı olduğu üçün manjet şişirdildikdə hava qida borusuna keçə bilmir.

Silikon nazoqastral zondlar, adi zondlardan fərqli olaraq, 1 aydan artıq xəstənin mədə bağırsaq sistemində ziyan vermədən saxlanıla bilər.

Qapalı aspirator-sorucunun müsbət keyfiyyətlərindən onu qeyd edə bilərəm ki, bu aspirator steril selofan içindədir və onun vasitəsi ilə aspirasiya aparılan zaman bronxitin, traxeitin ve pnevmoniyanin yaranma riski azalır; aspirator intubasion boruya keçirilir və steril olduğu üçün uzun müddət saxlanılıb istifadə edilə bilər; bu aspiratorun vasitəsi ilə xəstə STA-dan ayrılmadan aspirasiya olunur və bu xəstəni hipoksiyadan qorunmasını və STA-nın göstəricisi olan PEEP-in enməməsini təmin edir.

 

Bəlgəmin götürülməsi üçün istifadə olunan alət həkimə bu procedurun rahatlığını, xəstəyə isə steril şəkildə aparılmasını təmin edir.

Oksigenterapiyanıin aparılması üçün Venturi maskalarından istifadə olunur. Bu yüksək dərəcədə oksigen vermə cihazıdır. Bildiyimiz kimi, oksigenterapiyanın aparılması zamanı məqsəd hipoksemiyanın korreksiyasıdı və bu zaman ən optimal variantda göstəricilər PaO2 60-65 mm c.st. arası olmalıdı, SaO2 isə 90-95%. Bu səbəbdən düzgün oksigenterapiyanın aparılması üçün vacib şərtlərdən xəstədə saturasiyanın (pulsoksimetriya üsulu ilə) və arterial qanda qaz tərkibinin monitoringinin aparılmasıdı. Alınan nəticələrə əsasən oksigenterapiya zamanı müvafiq üsuldan istifadə olunur. Bildiyimiz kimi, adi nazal kanul maksimum 24% -40% qədər FiO2 verir (O2 L/dəq asili olaraq), adi üz maskasi 35%-60% qədər, Venturi maskası isə 24%-50% qədər, amma bunu daha dəqiq şəkildə edir, yani xəstənin ağciyərlərin dəqiqəlik ventilyasiyasından asılı olmayan FiO2-nın daha dəqiq rəqəmlərini təmin edir, məs., mavi maska -24%, sarı - 28%, ağ-31%, yaşıl-35%, qırmızı-40%, narıncı-50%, yəni xəstənin göstəricilərinə əsasən adekvat oksigenoterapiya aparılır.

Xəstələrdə yataq yarası yarandıqda onların müalicəsi üçün gümüş tərkibli xüsusi plastırlardan istifadə olunur.

Yeni tanış olduğum cihazlardan Picco apparatını qeyd etmək istərdim. Bu cihaz hemodinamik ve volumetrik göstəricilərin monitoringi üçün istifadə edilir. Üsulun əsasında transpulmonal termodilyusiya dayanib. Yəni, xəstənin sentral venoz damarı ve arteriyasi (məsələn, körpücükalti vena və bud arteriyası) kateterizasiya olunur. Sonra venoz damardan soyudulmuş (0 - +6 C0) dərəcəyə qədər izotonik NaCl ve ya 5% Glukoza yeridilir. Soyuq indikator (yəni NaCl və ya Qlukoza) sağ qulaqcıiq, sağ mədəcik, ağ ciyər damarları, sol qulaqcıq, sol mədəcik ve aortanı keçərək ardıcıl olaraq qanın hərarətini dəyişdirir və bu dəyişikliyin sürəti arteriyada yerləşən termodilyusiyon kateter ilə fiksə olunur ve monitorda termodilyusiyon dalğa şəkildə verilir. Bu dalğaya əsasən volumetrik göstəricilər hesablanır və dalğanın formasını analiz edərək ürəyin atma fraksiyasının (Cardiac Output) monitoringi aparılır. Bundan əlavə apparat hemodinamik və digər göstəriciləridə verir, məsələn, EVLW/BCBL - ag ciyərlərdə damardan kənar mayenin göstəricisidir, xəstədə, məsələn, sol mədəcik çatışmazlığı, pnevmoniya, sepsis və digər patologiyalar olduqda artır.

Mexaniki ventilyasiya zamanı Süni Tənəffüs Apparatında (STA) ən çətin olan "trigger" mexanizmini (xəstənin tənəffüsünün apparatın verdiyi tənəffüs ilə sinxronizə edilməsi) işə salmaq üçün yeni bir üsul ilə tanış oldum. Xəstənin mədəsinə 12-barmaq bağırsağa qədər silikon nazoqastral zond salınır, içindən xüsusi həssas keçirici yeridilir və bu keçirici STA-na qoşulur. Bu zaman xəstə spontan tənəffüs etdiyində diafraqmanın hər, hətta çox kiçik belə hərəkətini cox həssas olan keçirici hiss edir ve monitorda biz bunu dalğa şəklində görürük. Eyni zamanda monitorda STA-in verdiyi tənəffüsdə digər dalğa şəkildə verilir. Apparatın göstəricilərini uyğulayaraq, biz xəstə ile apparatın uyğunlasmasını təmin edirik ve bunu hər iki dalğalarda inspirium ve ekspiriumun eyni vaxt olduğuna nəzarət edə bilirik. Yəni xəstədə, azda olsa spontan tənəffüsün olduğu zaman, apparatın bu tənəffüsə mane olmayib, əksinə ona uyğunlaşmasını təmin edə bilirik. Şəkildə də ğöründüyü kimi monitordakı hər iki dalğalar identikdi. Ən vacib olan bu: xəstəni apparata yox, apparatı xəstəyə uyğunlaşdırırıq.

Mexaniki ventilyasiyaya aid digər maraqlı alətlər də gördüm. Məsələn, qeyri-invaziv mexaniki ventilyasiyanın aparılması üçün "non-invaziv" maskalardan istifadə edərək xəstəyə çox ağır və təhlükəli hesab olunan traxeyanın intubasiyası procedurunu aparmadan köməkçi rejim hesab olunan psCpap rejimində xəstə STA-na qoşulur və bu xəstəni gələcəkdə yarana bilən bir çox fəsadlardan, məsələn, çox ağır patologiya hesab olunan ventilyator ilə bağlı pnevmoniyadan (Respiratory Associated Pneumonia) sığortalaya bilər.


Öyrəndiyim yeni biliklərdən biri də o oldu ki, ilk cəhddən alınmayan traxeyanın "çətin" intubasiyası zamanı həkimlər təkrar cəhdi bronxoskopun vizual nəzarəti altında edirlər.

Sentral damarlarınıin kateterizasiyasını tam steril şəraitdə dopler müayinəsi altında olunur.
Aldığım çox maraqlı və dəyərli məlumatlardan biri Apne testi idi, yəni xəstədə beyin olümünün olub olmamasına qərar vermək uçün aparılan test-müayinə.

Bu testin aparılması üçün vacib olan şərtlər aşağıdakılardı:
1.Qlazqo şkalası ilə huşun pozulma dərəcəsi < 3 bal olmalıdı.
2. Transkarnial dopler muayinəsi zamanı beyinin hər hansı bir sahəsində qan axımının qeyd olunmağı beyin olümünün olmadığına dəqiqlik ilə əminlik verir. Qan axımının olmaması isə buna şubhə yaradır və bu qeyd olunarsa apne testinin aparılmasına qərar verilir.

 

Apne testinin aparılma qaydası:
1. Xəstəni STA-dan ayıirmadan əvvəl normal pCO2 (37-40) ve FiO2 1.00 olana kimi xəstədə hiperventilyasiya rejimində hiperoksiya yaradılır (ən azı 20 dəq).
2. STA-dan ayrıldıqdan sonra xəstə "T-tub" ilə 100% O2 ilə (10 l/dəq ərzində) inhalyasiya olunur.
3. 10 dəq qədər gözlənilir. Bu zaman xəstədə karbondioksidin səviyyəsi 2-4 dərəcəyə qədər yüksələcək. Xəstədə hipoksiya, hipotenziya və ya ventrikulyar aritmiya qeyd olunursa, testin zamani 8 dəq qədər qısaldıla bilər və xəstədən təcili qan qazı müayinəsi üçün arterial qan götürülür və xəstə yenidən STA-na qoşulur.
4. 2-3 dəq ərzində kapnoqrafdan qan qazı analizlərinin nəticəsi götürülür və göstəricilər pCO2>60, pH

Uzun müddət reanimasiya şöbəsində müalicə alan xəstələrə PEQin (Perkutan Ezofaqoqastrostomiya) qoyulması məsləhət görülür və bu procedur cərrahlar tərəfdən yerinə yetirilir.


Mən, eyni zamanda əməliyyatlar zamanı narkozların aparılması ilə və alqoloji procedurlarla da maraqlanırdım. Həkimlərin, xüsusən də, anestezioloq-reanimatoloqların peşəkarlıqlarının yüksək səviyyədə olmaqlarını qeyd etmək istərdim.

Bu mənim xarici olkədə ilk iş təcrübəm olduğu üçün, bir az ehtiyat edirdim, amma orada çox xoş bir münasibət ilə qarşilaşdim, hər kəs tərəfdən, xususən də, anesteziologiya-reanimatologiya şöbəsinin müdiri, prof. Dr. Seda Banu Akinçinin mənə göstərdiyi diqqəti qeyd etmək istərdim.

Düşünürəm ki, xaricə, istənilən ölkəyə təhsil almağa gedən hər bir gəncin əsas vəzifəsi təhsil almaqla yanaşı, öz ölkəsini orada layiqincə təmsil etmək və müəyyən müddət sonra Azərbaycanda biliyin və elmin yayılması üçün çalışmaq olmalıdır. Hacettepe Universitetində 3 aylıq təcrübə mənim gələcək iş fəaliyyətim üçün çox faydalı oldu və bu şansa görə mən bir daha Universitemizin və klinikamızın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm və ümid edirəm ki, bu mənim xaricdə son təcrübəm olmayacaq.

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.