az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Ümumi məlumat

 

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
TƏDRİS TERAPEVTİK KLİNİKA
MƏRKƏZİ LABORATORİYA

Bizim laboratoriyada elm və praktika bir aradadır.
MÜASİR TEXNOLOGİYA, ELMİ YANAŞMA, DƏQİQ DİAQNOSTİKA.


HÖRMƏTLİ HƏMKARLAR,
HÖRMƏTLİ VƏTƏNDAŞLAR

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası fəaliyyətə başlamazdan əvvəl qarşıda duran prioritet məsələlərdən biri də ölkəmizin bu möhtəşəm universitet klinikasında MÜASİR TEXNOLOGİYA və ELMİ YANAŞMAya əsaslanan DƏQİQ DİAQNOSTİKA xidmətinin yaradılması olmuşdur. Klinikanın ən müasir cihazlarla təchiz olunmuş, tam avtomatlaşdırılmış Klinik Diaqnostik Laboratoriyasının yüksək peşəkarlığa malik personalının hazırlanması bu istiqamətdə aparılan fəaliyyətin bir hissəsi olmuşdur. Belə ki, klinikanin o vaxtkı direktoru, əməkdar elm xadimi, Prof.Dr. Surxay Musayevin təşəbbüsü və təşkilatçılığı ilə laboratoriyanın həkim və laborant heyəti müsabiqə ilə işə qəbul edildikdən sonra birlikdə, tam komanda halında Türkiyə Cümhuriyyətinin Ondokuz Mayıs Universitetinin xəstəxanasına ezam edilmiş, xəstəxananın Mərkəzi Laboratoriyasının bütün bölmələrində Prof.Dr. Murat Günaydın və Prof.Dr. Abdulkerim Badurun rəhbərliyi altında planlı təcrübə kursu keçmişlər. Laborator xidmətin ayrı-ayrı bölmələrinin nəzəri və praktik incəliklərini dərindən mənimsəmiş heyət bundan sonra vətənə qayıtmış və qürur mənbəyimiz olan universitet klinikasında fəaliyyətə başlamışlar.

Tədris Terapevtik Klinikanın Klinik Diaqnostik-Laboratoriyasında bu xidmətin bütün növləri göstərilir:

  • · Klinik biokimya
  • · Klinik mikrobiologiya
  • · Bakteriologiya
  • · Mikologiya
  • · Parazitologiya
  • · Virusologiya
  • · İmmunologiya və allerqologiya
  • · Hematologiya
  • · Molekulyar genetika
  • · PZR
  • · Molekulyar identifikasiya

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.