az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Klinik Mikrobiologiya Bölməsi

KLİNİK MİKROBİOLOGİYA BÖLMƏSİ

 

         Mövcud cihazlar:

 

  1. 1.     HUBT – 20А- H.pylori ureaza tənəffüs testi cihazı – xəstəyə minimal narahatlıq verən, dəqiq və həssas test:

14 C ureaza tənəffüs testi H.pylori tərəfindən hazırlanan ureaza fermentinin aşakar olunmasına  əsaslanır. Ureaza normal insan toxumalarında olmadığından və digər ureaza sintez edən bakteriyaların mədədə kolonizasiya etməmələri ilə əlaqədar olaraq mədədə olan ureazanın mənbəyi  H.pylori infeksiyası ilə əlaqələndirilir. Ureaza varlığında oral yolla qəbul edilən 14C-karbamid ammonyak və karbondioksidə hidroliz olur. Qanda absorbsiya edilərək ağciyərlərlə xaricə verilir. Müəyyən nisbətdə nişanlanmış karbonlu CO2-nin təyini aktiv H.pylori infeksiyasını göstərir.

 

  1. 2.     VİTEK 2 BİOMERİEUX:

 

  • identifikasiya nəticələri 2 saatdan sonra hazır olmağa başlayır:
  • GN 2-10 saat müddətində (maksimum)
  • GP 2-8 saat müddətində (maksimum)
  • YST 18 saat müddətində  

Mikrobioloji diaqnostikada avtomatlaşdırma 1960-cı illərdən etibarən bakteriyaların identifiksiyasında klassik və çoxmərhələli manual üsullardan, sürətli, standartlaşdırılmış və təkrarlana bilən müasir birmərhələli mexanikiləşdirilmiş metodologiyaların istifadəsinə keçişlə başlanmışdır. Hazırda bu sistemlərin tədricən təkmilləşdirilməsi nəticəsində isə olduqca inkişaf etmiş, kompyuter proqramlı məlumat bazalarının istifadə olunduğu sistemlər meydana çıxmışdır. İdentifikasiya sistemlərinin iş prinsipi mikroorqanizmlərin istənilən səviyyəyə qədər identifikasiyası üçün lazım olan, düzgün qaydada seçilmiş və formullaşdırılmış identifikasiya qrafiklərinin (cədvəllərinin) kompyuterin məlumat bazasına daxil edilməsinə əsaslanır. Bakteriyaların identifikasiyasında istifadə olunan kompyuter proqramı identifikasiya tablosuna bənzər matriksə malikdir və burada hər bir mikroorqanizm üçün lazım olan məlumatlar yerləşir. Naməlum izolyatın verdiyi test nəticələri bu proqrama köçürülür və nəticələr qiymətləndirilərək bu izolyatın növü ehtimallar nəzərə alınaraq müəyyən edilir. Nisbi və mütləq oxşarlıqlar (ehtimallar) identifikasiya üçün birlikdə qiymətləndirilir və bu proqramlar istehsalçı firmalar tərəfindən istənilən məqsədə uyğunlaşdırılır.

 

  1. 3.     BACT-ALERT (BioMer): avtomatlaşdırılmış hemokultura sistemi: Mikrobioloji laboratoriyamızda avtomatik identifikasiya sistemlərindən başqa qan kulturalarının davamlı izlənməsi üçün də avtomatlaşdırılmış sistem istifadə olunur.  Bu sistem sepsisin etiologiyasını dəqiq və manual üsullara nisbətən dəfələrlə qısa müddətdə təyin etməyə imkan verir.

 

  1. 4.     BACTEC 9050 BD

Qan kultivasiyasında istifadə olunan avtomatlaşdırılmış sistemlər bakteremiyanın səbəbinin aşkarlanmasında və uyğun müalicə barəsində klinisisti yönləndirilməsi cəhətdən ən vacib və ən etibarlı metod hesab olunur.Bu,erkən diaqnozu və ən uyğun müalicə metodunun seçilməsini təmin edəcəkdir.

Laboratoriyada tətbiq nöqteyi nəzərindən isə infeksion agentin sürətlə izolə edilməsi,düzgün diaqnoz qoyulması,nəticələrin düzgün şərh edilməsi və düzgün antibiotiklərə həssaslıq testinin qoyulması klinik mikrobioloji laboratoriyanın ən əhəmiyyətli vəzifələrindən biridir.
Laboratoriyamızda qan kultivasiyası üçün BACTEC 9050 (BD) avtomatik qan kultivasiyası cihazından istifadə edilir.Qanın inokulyasiya edilməsi üçün cihazın aerob,anaerob (böyüklər üçün) və pedatrik şüşələri vardır.Şüşələrin daxilində olan inqrediyentlər sayəsində hətta xəstə antibiotik müalicəsi altında olduqda belə törədiciləri aşkar etmək mümkündür.BACTEC 9050 cihazı 5 gün ərzində (lazım gəldikdə uzadıla bilər) qanda sepsis/bakteremiyanın olub olmaması haqqında məlumat verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bundan başqa laboratoriyada aşağıdakı testlər icra olunur:

 

  1. QuickVue Chlamydia test (urogenital xlamidiozların diaqnozunda həssas test)
  2. Mycoplasma IST test (BİOMERİEUX) - (urogenital mikoplazmoz və ureaplazmozların diaqnozunda ən həssas testlərdən biri. Həssaslıq və spesifikliyi kulturanın alınması ilə əlaqədardır. Törədiciyə məxsus təmiz kultura alındıqdan sonra onun müvafiq antibakterial preparatlara həssaslığı da təyin edilir, beləliklə, müalicədə törədicinin rezistent olduğu antibiotiklərin qeyri-rasionla tətbiqindən qaçılır).
  3. VİKİA ROTA-ADENO – (ədəbiyyat məlumatlarına görə, uşaqlar arasında ishalın əsas törədiciləri arasında 60% hallarda viruslar yer alır. Bu üsulla diarreyalı uşaqların patoloji materialında Rota- və Adenoviruslara məxsus antigenlər təyin olunur. Pozitiv nəticələr antibakterial antibiotiklərin qeyri-rasional tətbiqindən qaçmağa imkan verir).
  4.  StrepA: bu test A qrupundan olan beta-hemolitik streptokokların (tonzillit, revmatik qızdırma, qızıl yel, skarlatina kimi xəstəliklərin törədicisi olan S.pyogenes) əsnəkdən alınmış patoloji materialda sürətli təyininə imkan verir ki, bu da mülaciə həkiminə vaxt qazandırır.Bundan başqa aşağıda göstərilən testlər də icra olunmaqdadır.
  5.  Entamoeba histolytica/dispar
  6.  Cryptosporidium
  7.  Cryptococcus neoformans
  8.  H.pylori
  9. Giardia lamblia
  10. Clostridium difficile Tox A/B və s.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.