az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
Ramazan bayramı ilə əlaqədar ÖDƏNİŞSİZ müayinə
Ramazan bayramı ilə əlaqədar 22-23 iyun tarixlərində Tədris...
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Kardiologiya
Azərbayjan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası

Kardiologiya şöbəsi

I Daxili xəstəliklər və reanimatologiya kafedrası

 

ATU-nun Tədris-Terapevtik klinikasının III terapiya şöbəsi klinikanın X mərtəbəsində yerləşir. Şöbədə ATU-nun I Daxili xəstəliklər və reanimatologiya kafedrası fəaliyyət göstərir. Kafedrada 3 professor, 3 dosent, 6 assistent fəaliyyət göstərir. Bölmə rəhbəri funksiyasını I Daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri professor İsmayılov İsbəndiyar Səlimxan oğlu yerinə yetirir. III terapiya şöbəsinin müdiri vəzifəsini kafedranın dosenti t.ü.f.d. Zamanov Nağdəli Tapdıq oğlu ijra edir.

Şöbədə xəstə qəbulu 09.03.2011 tarixində başlanmışdır. III terapiya şöbəsində əsasən kardiologiya və revmatologiya profili xəstələr müalicə olurlar. Bundan əlavə şöbədə qan-damar sistem xəstəliklərindən əziyyət çəkənlərdə müalicə olurlar.

Şöbədə müalicə işləri və sanitar gigiyenik vəziyyəti şöbənin tibb heyəti hesabına həyata keçirilir. III terapiya şöbəsinin heyəti - həkim heyəti: 3 professor, 3 dosent, 6 assistent, 3 baş laborantdan; orta və kiçik tibb heyətindən - böyük tibb bacısı, təsərrüfat bacısı, 6 tibb bacısı ( 3 gündüz və 3 gecə) və 5 xadimədən (2 gündüz və 3 gecə) ibarətdir.

 

Professor və Həkim Heyəti

 

№ A.S.A. Vəzifəsi

1  Kafedra müdiri , Prof. Dr. İsbəndiyar  İsmayılov

2  Dos. Dr. Nağdəli Zamanov 

3  Prof. Dr. Fərhad Talıbov 

4  Prof. Dr. Murad Baxşıyev

5  Dos. Fətulla Əlimərdanov 

6  Dos. Dr. Zemfira Əliyeva 

7  T.ü.f.d., Ass. Dr. Elmira Səfərova 

8  T.ü.f.d., Ass. Vahid  Hüseynov 

9  T.ü.f.d., Ass. Qəni Seyidov 

10  T.ü.f.d., Ass. Gülşən Ələkbərova

11 Ass. Köçəri İsmayılov 

12 Ass. Dilarə Süleymanova 

13 Dr. Tünzalə Təhməzbəyova

14 Dr. Arzu  Bağırova

15 Dr. Cahid Əlişov 

 

Şöbədə xəstələrin müayinə və müalicəsi kafedranın assistentləri tərəfindən həyata keçirilir. Professorların, dosentlərin baxışları əvvəlcədən müəyyənləşdirilmiş günlərdə təşkil olunur. Stasionarda müalicə olunan xəstələrə müvafiq prosedurlar həyata keçirilir.

ATU-nun Tədris-Terapevtik klinikasının Kardiologiya şöbəsində təbabətin ən müasir standartlarına cavab verən ürək-damar və revmatik xəstəliklərin diaqnostika və müalicə proqramları həyata keçirilir.

 

 

Ürək-damar sisteminin diaqnostika və müalicə istiqamətləri

 

1. Klinik kardiologiya

2. Endokrin patologiyalar fonunda (şəkərlidiabet, ürək-damar sisteminin vəziyyəti tireotoksikoz)

3. Koronaroqrafiya

4. ExoKQ, EKQ, tredmil test

5. Miokard infarktı, aritmiya və blokada pozğunluqları

 

 

Revmatologiya ixtisası üzrə diaqnostika, müalicə, profilaktika metodlarının istiqamətləri

 

1. İltihabi oynaq xəstəlikləri

2. Autoimmun xəstəliklərinin immunoloci, morfoloci, funksional müalijə və diaqnostika prinsipləri

3. Degenerativ oynaq xəstəlikləri

4. Birləşdirigi toxumanın diffuz xəstəlikləri (revmatoid artrit, sistem qurd eşənəyi, dermatomiozit sklerodermiyası)

5. Sistem vaskulitləri

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.