az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Marifləndirici məlumatlar
02.03.2017
Hər bir qadının bunları bilməsi VACİBDİR!

Klinikamızın mamaloq-rentgenoloqu Günel Qəmbərovaya ən çox verilən suallardan biri və həkimin cavabı:

Mammoqrafiya müayinəsinə gəlməmişdən öncə nələrə fikir verilməlidir?

Müayinə aybaşı tsklinin (dövrünün) 7-ci günündən etibarən aparıla bilər. Gələrkən qoltuq altı və döşaltı nayihədə istifadə olunan sprey və tozlardan imtina olunmalıdır.

Hər bir pasient ilk öncə özü-özünün həkimi olmalıdır. Ayda 1 dəfə hər bir qadın süd vəzilərini müayinə etməlidir və həkimə gələrkən onda olan aşağıdakı dəyişiklikləri bildirməlidir.

• Süd vəzinin ümumi görünüşündə dəyişikliklər, o cümlədən, ölçüsünün böyüməsi və azalması, simmetriyanın pozulması.
• Yeni və ya davamlı olan dəri dəyişiklikləri.

• Döşün giləsinin daxilə çevrilməsi (inversiyası)

• Əgər süd vəzi giləsində ifrazat mövcuddursa, onun bir və ya iki tərəfli olmasını qeyd edin. Əlavə olaraq, ifrazatın rəngi, başladığı tarix və bu xüsusiyyətlərdə hər hansı dəyişikliklərin olduğunu da qeyd edin.

• Süd vəzi nayihəsində ağrı varsa, onun xüsusiyyətlərini izah edin; ağrının menstrual sikl ilə əlaqəli olub-olmadığını bildirin; ağrının süd vəzi toxumasında lokalizasiyası; ağrının müddəti, xarakteri və müxtəlif hərəkətlər və ya dərman qəbulu nəticəsində ağrının yaxşılaşması və ya pisləşməsi ilə bağlı məqamları vurğulayın.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.