az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Marifləndirici məlumatlar
Mədənizin sağlam olmasını istəyirsinizsə, qəhvədən az istifadə edin! - Qastroenteroloqdan TÖVSİYƏLƏR

Mədənin sağlamlığını qorumaq üçün ATU-nun Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov öz məsləhətlərini verib. 

Çox ət yeyənlər səhərlər limon şirəsi içməklə, mədə qıçqırmasının qarşısını ala bilərlər. Bunun üçün 20-30 qram kəklikotunu 1 litr qaynanmış suda dəmləyib süzür, ona bir qədər bal qatıb, yeməkdən sonra 1 fincan içmək məsləhətdir. Mədə üçün münasib yeməklərdən biri də kahıdır. Xörək yeyərkən kahıdan istifadə etmək lazımdır. Xörəkdən qabaq balı su ilə qatıb şərbət kimi içmək mədə şirəsinin ifrazına kömək edir.
Mədə ağrısı, turşuluğun artması və gizilti zamanı bağayarpağını azca suda qaynadıb, 15 dəqiqə dəmə qoyduqdan sonra süzür, bal ilə azacıq şirin edib, istifadə etmək olur. Şirinbiyan həzm ağırlığı zamanı faydalı bitkilərdən biri hesab edilir. Gülünbaharın dəmləməsi mədə ağrısı və həzm pozğunluğu zamanı işlədilir. Yerkökü mürəbbəsi mədə zəifliyinə qarşı yaxşı dərmandır. 

Çödükotunun dəmləməsi də mədə zəifliyi zamanı işlədilir. Bu baxımdan süsənbər də eyni təsirə malikdir. Gülxətmi kökünün dəmləməsi mədə xorası üçün tövsiyə edilir. Mədə üçün faydalı meyvələrdən biri də heyvadır. Onu suda bişirib yemək məsləhətdir. Soğan və tərxun mədə üçün faydalıdır, həm də infeksiyaya qarşı təsirlidir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.