az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
18.08.2017
SON TƏDQİQATLARA ƏSASƏN QADIN VƏ KİŞİ BEYNİNİN FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
 Kişi və qadın beyninin işləməsi arasındakı fərqləri Daniel Amenin başçılıq etdiyi bir qrup alimlər təsbit etdi.Tədqiqat zamanı tək foton emissiya tomoqrafiyası (SPECT) vasitəsilə zərif cinsin prefrontal korteks və limbik sahələrinin kişilərə nisbətən daha aktiv olması aşkar edilib.
  Elm adamları tərəfindən həyata keçirilən geniş miqyaslı araşdırmada 119 sağlam könüllü və beyin xəsarəti, bipolyar affektiv pozğunluq, şizofreniya, psixoz və diqqət defisiti ilə 26 683 xəstə qatılıb.Beyin sahələri istirahət və konsentrasiya tələb edən tapşırıqların yerinə yetirilməsi zamanı skan edilmişdir. SPECT mütəxəssislər üçün maraq doğuran mərkəzi sinir sisteminin sahələrində qan axınının fərqlərini təsbit edib.
Müşahidələr göstərdi ki, qadın beyni kişi beyni ilə müqayisədə daha aktivdir. Bu, o demək deyil ki, qadınlar kişilərdən daha ağıllıdır, lakin bir daha təsdiq edir ki, kişi və qadın beyni fərqli şəkillərdə çalışır.
Aparılan araşdırmaya görə, qan axını qadın beyninin bir çox sahələrində artıqdır və bu, işə diqqəti və empati qabiliyyətini çox artırır. Qadınlarda beyində qan axını baxımından daha fəal olan bölgə prefrontal korteksdir. O, pulsasiyanı və diqqəti kontrol edən, eləcə də əhval və həyəcanı tənzimləyən beynin limbik və ya emosional hissələrini qoruyan sahədir. Kişilərdə də qadınlara nisbətən daha çox aktiv müəyyən beyin sahələri var: beynın vizual və koordinasiya mərkəzləri.
Buna əsaslanaraq, mütəxəssislər belə nəticəyə gəliblər ki, Altsheymer xəstəliyi, depressiya və digər psixiatrik pozuntular qadınlarda daha çox rast gəlinir.
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.