az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
29.08.2017
Alimlər ispanaqdan ürək əzələsi hazırlayıblar
Bu, tibb sahəsində böyük bir kəşfdir. Amerikalı alimlər ispanaq yarpağının skeletindən istifadə edərək, işləyən kiçik bir ürək hazırlayıblar. Bu da bir gün insanlarda toxuma yenilənməsində mühüm addımlar atılacağı deməkdir. İspanağın yaprağındakı bitki hüceyrələrini çıxararaq, sellüloza və damarlardan ibarət skeletdən istifadə edən elm adamları möhtəşəm bir yeniliyə imza atıblar. Bu “skeleti” insan hüceyrələri ilə canlandıran və ürək əzələsinə çevirən elm adamları əzələ kimi işlətdikləri ispanağa damarlardan ötürüblər və ispanaq yarpağı sanki ürək kimi işləyərək bu mayenin yayılmasına kömək edib.
Laboratoriya şəraitində yetişdirilən kişik ölçülü insan toxuması nümunələrini həqiqi böyüklükdə olan toxumalara, sümüklərə və hətta mükəmməl orqanlara çevirməyin yollarını axtaran alimlərin qarşısında aşmaları lazım olan bir əngəl var idi: yenilənən toxumaların dərinliklərinə qədər qanı daşıya biləcək bir damar sistemi qurmaq. Üçölçülü üsullar da daxil olmaqla hazırda mövcud olan biomühəndislik texnikaları sağlam toxuma inkişafı üçün lazım olan oksigenin, qidanın və təməl molekulların daşınması üçün kapillyar damar ölçüsündəki qan damarı şəbəkəsinin şaxələnməsini həyata keçirə bilmir. 
Alimlər ümid edirlər ki, bu üsul infarktdan sonra zədələnmiş ürək toxumasını əvəz etmək üçün istifadə olunacaq. Gələcəkdə bu, donor orqanlarından istifadənin imtina edilməsində əhəmiyyətli rol oynaya bilər. Tədqiqat bu sxemin digər bitki növlərinə aid tətbiqi üçün təkan oldu. İndi insan hüceyrələrinin yenilənməsi məqsədilə ağac hüceyrələrinin dəyişdirilməsi ehtimalı nəzərdən keçirilir.
 
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.