az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
30.08.2017
Güclü yeni texnologiya sayəsində torlu qişa xəstəlikləri olanlarda yaranan görmənin zəifləməsi və korluğun inkişafının qarşısının alınması üçün yeni müalicə üsulları həyata keçirilir.
Gözə ziyanın qarşısının alınmasında genom redaktəsi üsulunun istifadəsi.
Harvard Tibb Məktəbindən tədqiqatçılar qrupu genetik redaktor CRISPR-Cas9 köməyi ilə siçanlarda korluq inkişafının müvəffəqiyyətlə qarşısını aldı.
Qan damarlarının həddindən artıq artımı və ya angiogenez görmə itkisinə və korluğa səbəb olur və bir neçə degeneratif göz xəstəliklərinin əlamətidir: proliferativ diabetik retinopatiya, makula degenerasiyası, yarımçıq doğulmuşların retinopatiyası.
Tədqiqatçılar retina angiogenezinin qarşısını alan yeni bir üsul təqdim etdilər- genom redaktəsi.Bu isə göz müalicəsi üçün yeni üsulların inkişafına gətirib çıxara bilər.
Retinanın qan damarları retinanın səthində yeni anormal qan damarları ilə böyüməyə başladığı zaman, müxtəlif göz xəstəliklərinin xüsusiyyətləri, patoloji göz içi angiogenez klinik olaraq ortaya çıxır. Zərər irəlilədikcə, görmə qabiliyyəti pozulur.
CRISPR-Cas9, genomun müəyyən aspektlərini və ya orqanının genetik materialının tam bir dəstəsini istiqamətləndirə və redaktə edə biləcək güclü yeni bir texnologiyadır. Bu güclü vasitə, göz xəstəliklərində görmə itkisinin qarşısını almaq üçün yeni bir müalicə təklif edə bilər.
 
 
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.