az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
18.09.2017
KLİNİK TƏDQİQATLAR "İLTİHAB HİPOTEZİ"Nİ TƏSDİQLƏYİR : İLTİHABIN AZALMASI ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ RİSKİNİ AZALDIR.
Alimlər 25 illik klinik sınaqların nəticələrini açıqladılar. Tədqiqat qrupu iltihabı azaldan, lakin bədənin xolesterin səviyyəsinə təsir göstərməyən iltihab əleyhinə dərman qəbul edən iştirakçılar arasında təkrarlanan ürək infarktı, insult və ürək-damar xəstəlikləri səbəbilə ölüm riskinin əhəmiyyətli dərəcədə azaldığını bildirir.
Alimlər CANTOS'un (Canakinumab Anti-inflamatuar Tromboz Nəticələri Araşdırması) nəticələrini təqdim etdilər. Bu araşdırma ürək infarktı olan insanlarda iltihabın azalmasının gələcəkdə başqa bir kardiovaskulyar xəstəlik riskini azalda bilib bilməməsini yoxlamaq üçün nəzərdə tutulmuşdur. Komanda hədəflənmiş iltihab əleyhinə dərman qəbul edən iştirakçılar arasında təkrarlanan ürək çatışmazlığı, insult və ürək-damar ölümlərinin riskində əhəmiyyətli bir azalma olduğunu bildirir.
Tədqiqat qrupu əvvəllər ürək infarktı keçirən və iltihab markeri olan C-reaktiv zülalın (hsCRP) davamlı olaraq yüksək səviyyədə olduğu 10.000-dən çox xəstəni qeydə almışdır. Xəstələr dörd il ərzində izlənildi.
Tədqiqat qrupu 150 və 300 mq dozada kanakinumab qəbul edən xəstələr üçün, ölümcül və ya ölümcül olmayan ürək infarktı və insult da daxil olmaqla ürək-damar xəstəlikləri riskində 15% azalma bildirir. 50 mq-dan aşağı doza heç bir təsir göstərməmişdir.

 https://m.facebook.com/story.php?story_fbid=10154652251761607&id=105930651606

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.