az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
22.09.2017
TƏDQİQATLAR ERKƏN UŞAQLIQ DÖVRÜNDƏ İSTİFADƏ EDİLƏN ANTİBİOTİKLƏRİN 1-Cİ TİP ŞƏKƏRLİ DİABET RİSKİNİ ARTIRDIĞINI GÖSTƏRİR.
Autoimmun xəstəliklərin yaranması bağırsaq mikroflorasının bakterial balansından asılıdır.
Bağırsaq bakteriyaları 1-ci tip Şəkərli diabet və digər autoimmun xəstəliklərin inkişafının qarşısını alan genin qoruyucu xüsusiyyətlərini dəyişə bilər. 
Təcrübədə qoruyucu genə malik olan siçanlar, formalaşma dövründə antibiotiklərə məruz qalmışdır və bu genetik qoruma itkisinə və nəticə etibarilə 1-ci tip Şəkərli diabetə səbəb olmuşdur.
Alimlər hamiləlik və erkən uşaqlıq dövründə antibakterial dərmanların qəbul etməməyin əhəmiyyətini vurğulayırlar.
Güclü müdafiə geninin mövcudluğuna baxmayaraq, siçanlar doğuşdan tez bir müddət sonra və ya steril bir mühitdə böyüdülərkən antibiotikləri qəbul etdikdən bir müddət sonra onlarda  1-ci tip Şəkərli diabetlə nəticələnmiş olan pankreasın iltihabı inkişaf etmişdir.
İmmun sistem öz toxumalarını və orqanlarını tanımaq və onları kənar hücumundan müdafiə etmək üçün kifayət qədər ayıq olmalıdır - bu da autoimmun reaksiya kimi tanınan müdafiə reaksiyasıdır.
İmmun sistemi təmsil edən mexanizmlər, insanlarda insan leykosit antigeni (HLA) və siçanlardakı (MHC) bir sıra qoruyucu genlər tərəfindən kodlanan,hüceyrə səthində yerləşən kiçik zülallardır. HLA / MHC genləri bir sıra autoimmun xəstəliklərə, xüsusən də 1-ci tip Şəkərli diabetə qarşı qoruma funksiyasına malikdir, eyni zamanda bu genlər və hüceyrə proteinləri funksiyası tam bilinmədən qalmış olan immunomodulyator təsirlərə də malikdirlər.Bağırsaq bakteriyaları immünomodulyator terapiya kimi zərif bakterial balansı təmin etməyə imkan verən autoimmun funksiya  və pankreas hüceyrəsi funksiyası üçün güclü katalizatorlardır.
Tədqiqat bağırsağın immun sistemin inkişafında rolunu və kritik bir pəncərənin varlığını göstərir - bağırsaqda müxtəlif bakteriyalarla dolu olan bağırsaq mikroflorasının optimal inkişafı üçün müəyyən vaxt lazımdır.
 
1-ci tip Şəkərli  diabet  milyondan artıq amerikalının hal-hazırda əziyyət çəkdiyi bir xəstəlik növüdür. Daha çox yayılmış 2-ci tip Şəkərli diabetdən fərqli olaraq, insulin istehsal edən pankreas hüceyrələrinin funksiyasının pozulması ilə təsvir olunur ki, bu da bədəndə şəkərin təhlükəli yığılmasına gətirib çıxarır, sonradan ürək, böyrək, göz və beyinə ciddi şəkildə təsir göstərir. 
Son sınaq təcrübəsi olan qrup, qoruma genini daşıyan siçanlardan əldə edilən fecal materialı (nəcis) istifadə edərək qoruyucu bir gen olmadan diabetli siçovullarda nəcis transplantasiyası həyata keçirdi. Diabetə həssas olan siçovullarda transplantasiya sonrasında pankreasın iltihabı kəskin azaldı və Şəkərli diabet xəstəliyində bağırsaq bakteriyalarının rolu təsdiqləndi.
 
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.