az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
28.09.2017
QOZ LƏPƏSİ İŞTAHANI AZALDIR..

Amerika Birləşmiş Ştatlarının Bet-Izrayel Tibb Mərkəzindən olan tədqiqatçılar qoz ləpəsinin insanı həddindən artıq yeməkdən çəkindirdiyini sübut etmişlər. Onlar qoz ləpəsinin toxluq hissini yaratdığını iddia edirlər. Bütün sirrlər beyin üzərinə edilən neyrokoqnitiv təsirlərlə əlaqədardır . Qoz ləpəsi piylənmə və II növ diabetdən əziyyət çəkən insanlar üçün tövsiyə olunur.

İnsanın beynində qozun hansı mexanizmi işə saldığını dəqiq şəkildə müəyyənləşdirmək üçün mütəxəssislər piylənmədən əziyyət çəkən 10 könüllünü dəvət etdilər. Onlar üzərində hər biri beş gün davam edən iki test keçirilmişdir.

Könüllülər günün ilk beş günü ərzində hər gün tərkibində 48 qram qoz olan kokteyllər içmiş, digər beş gün isə könüllülər tərkibində qoz olmayan, lakin bir o qədər qidalandırıcı olan plasebo-kokteylləri qəbul ediblər.

Hər bir "seans" ın son günündə tədqiqatçılar könüllülər üzərində funksional maqnit rezonans tomoqrafiya müayinəsi (fMRT) aparmışlar.Eyni zamanda mütəxəssislər iştirakçılara "qadağan" olunmuş məhsulların (hamburgerlər və desertlər) və faydalı (müxtəlif tərəvəzlər), həmçinin neytral obyektlərin (daşlar, çiçəklər) fotoşəkillərini nümayiş etdirmişlər.

FMRT-nın nəticələri aşağıdakıları göstərmişdir: könüllülər arzu olunan "zərərli" məhulların şəkillərini gördükdə, Reyl adacığı adlanan beyin ərazisində aktivlik artırmışdır.Həmin ərazi şüurun formalaşmasında cavabdehlik daşımaqla, emosiyaların əmələ gəlməsində rol oynayır.
Eksperimental tədqiqatın nəticələrinə görə, qoz ləpəsi qəbul edən iştirakçıların orta hesabla 80 faizi özlərini az miqdarda ac hiss etmişlər.
 
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.