az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
11.10.2017
D vitaminin ciddi çatışmazlığı olan insanların gündəlik və ya həftəlik rasionuna D vitamininin əlavə olunması ilə tənəffüs yolu infeksiyalarına yaxalanma riski yarıya qədər azalmışdır.

Yeni bir qlobal əməkdaşlıq tədqiqatı D vitamininin əlavə olunmasının kəskin respirator infeksiyalardan qorunmağa kömək edə biləcəyini təsdiq etdi. Londonun Queen Mary Universitetində aparılan araşdırmada, 11.000-dən çox iştirakçıdan ibarət olan 25 randomizinləşdirilmiş nəzarətə götürülmüş sınaqların meta-təhlili aparılmışdır.

Təhlil, D vitamininin dünyada milyonlarla insanın ölümünə səbəb olan kəskin respirator infeksiyaya qarşı mübarizədə kömək etdiyini göstərdi.

Tədqiqatçılar bir çox ölkələrdə, o cümlədən Kanada, Birləşmiş Krallıq və ABŞ-da fərdi iştirakçıların araşdırmalarının meta-təhlilini aparmışlar. Ənənəvi meta-təhlil edilərkən, bütün iştirakçıların ortalama məlumatları hər bir iştirakçının məlumatları ilə müqayisə edilməklə, tədqiqatçılar aşkar etdilər ki, vitamin D-nin gündəlik və ya həftəlik doza qəbulu ağır vitamin çatışmazlığı olan insanların tənəffüs yollarının infeksiyalara yoluxma riskini azaldır. Onlar həmçinin müntəzəm olaraq vitamin D qəbul edilməsinin  bəzi digər müsbət effektlərini də sınaqdan çıxardılar.

 https://www.facebook.com/HarvardMed/posts/1439730572770303

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.