az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
16.10.2017
Dil dad hissini necə təyin edir?

Dil hüceyrələrinə göndərilən siqnallar acı və şirini seçərkən beyini çaşdırmır.

Kolumbiya Universitetinin Tibb Mərkəzində (CUMC) aparılan yeni tədqiqatlar göstərdi ki, xüsusi molekullar dilin beyinlə əlaqə saxlamasına və dadın düzgün təyin edilməsinə kömək edir.  Bunu aydınlaşdırmaq üçün alimlər sıçanların dad sistemini yenidən qurmaqla, onu dəyişdirərək, şirin dadın acı kimi və əksinə qəbul edilməsinə nail ola bilmişlər. Bu kəşflər dad hüceyrələri reseptorlarında hissiyatın belə tez-tez dövr etməsinə baxmayaraq, dilin özünün dad hissiyatını necə saxlaması barədə yeni təsəvvürlərin formalaşmasına kömək edir.

İnsanlar dadı minlərlə kiçik dad məməciyi adlanan və əsasən dilin yuxarı səthində yerləşən sensor orqanlarla qəbul edirlər. Hər bir dad reseptoru 50-dən 100-ə qədər dad hüceyrələrindən ibarətdir. Bunlar molekullardan ibarət olub, reseptor kimi məlumdurlar. Hər bir dadı- şirini, acını, turşu, duzluluğu aşkar edə bilir. Həmin dad hüceyrələri sonra informasiyanı dildən beyinə ötürürlər.

Dad hüceyrələri 1-3 həftədən bir dəyişməklə, bir tip reseptorlar digərləri ilə əvəz olunurlar. Hər dəfə dad hissiyyatı reseptorları yarandıqca, onun beyinlə düzgün əlaqə yaranması lazım gəlir.

Tədqiqatçılar güman edirlər ki, reseptor hüceyrələri alınarkən, hüceyrələr molekulyar siqnalları ifadə edən əlavə dad neyronlarını özlərinə cəlb edirlər.

 Bu siqnallari eyniləşdirmək üçün,CUMC komandası gen ifadəsini dad hüceyrələri reseporlar ilə müqasiyə etməklə, iki müxtəlif acı və şirin tipli reseptorları diqqət mərkəzinə almışlar. Onlar aşkar etmişlər ki, iki tip acı və şirin dad hüceyrələri semaforinlərdən və ya neyronlar zəncirinin yaradılmasında iştirak edən zülal ailəsindən ən güclü şəkildə fərqlənirlər.

Acı reseptorlar böyük miqdarda semaforin 3 A tipini, şirin reseptorlar isə semaforin 7 A tipini ifadə etməsini nəzərə alaraq, bu molekulların dad reseptorlar ilə neyronların əlaqəsində iştirak etməsini təyin etmək üçun CUMC qrupu iki tip sıçanlarda genetik olaraq acı və şirini ifadə edən semaforin 7A tipi ilə semaforin 3A tipini ifadə edən reseptorları dəyişdirmişlər.

Tədqiqatçılar güman edirlər ki, birinci modeldəki acı reseptorlar indi şirin neyronları aktivləşdirdiyi halda, ikinci modeldəki şirin reseptorlar isə acı neyronlarla əlaqəyə girəcəklər.

Hal-hazırda tədqiqatçılar siqnal molekulları  və turş, duzlu birləşmələrin dad reseptorlarının öyrənilməsi ilə məşğuldurlar.

https://www.facebook.com/columbiamed/videos/1672206932852475/

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.