az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
17.10.2017
TİBBDƏ İNQİLAB ! Alimlər zədələnmiş toxumaların bərpası üçün çip proqramı hazırlamışlar

Tədqiqatçılar hüceyrələri digər növ hüceyrələrə yenidən proqramlaşdıraraq, zədələnmiş siçan ətraflarını bərpa etmək üçün yeni bir üsul işləyib, hazırlamışlar. Yeni texnologiya zədələnmiş əllər və orqanların bərpası üçün ümidlər doğurur.

Ohayo Universitetinin (ABŞ) tədqiqatçıları insan bədəninin zədələnmiş toxumalarının bərpa prosesini əhəmiyyətli dərəcədə sürətləndirən nanoçip hazırlamışlar. Çip sinir və qan dövranı sisteminin elementlərini, eləcə də qocalmış orqanların daha sürətli yenilənməsi üçün bədən hüceyrələrini yenidən proqramlaşdırır.

Tədqiqatçılar mikroçipin üç həftə ərzində qan dövranı sistemini bərpa etdiyini və zədələnmiş əzələ toxumasını yeniləmək üçün hüceyrələri stimullaşdırdığını aşkarlamışlar. Belə mikroçiplər həm də heyvanların (məsələn, siçanlar) orqanına, onların bərpa prosesini sürətləndirmək üçün implantasiya edilə biləcəyini sübut etmişlər. Çiplərin işi üzrə böyük bir mexanizmin əsası qoyulmuşdur, belə ki qurğu zədələnmiş bədən hissəsinə tikilməklə, elektrik impulsların köməyi ilə faydalı yük təsiri göstərir. İmpulslar vasitəsi ilə infromasiyalar bədən hissəsindəki sağlam hüceyrələrə ötürülərkən, müvafiq tapşırıq alan zədələnmiş orqanlar dərhal iş qabiliyyətlərini bərpa etməyə başlayırlar. Alimlər əmindirlər ki, nanoçiplər müasir elmdə inqilab etməklə,az xərc sərf edərək, insanların müalicə edilməsi mümkün olacaqdır.  

2018-ci ildən etibarən mütəxəssislər çipləri insanlar üzərində sınaqdan çıxarmağı planlaşdırırlar.

https://www.facebook.com/ScienceNaturePage/posts/1172717942860462

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.