az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Elm və Tibb dünyası
08.11.2017
Tibbdə sıçrayış: cərrahlar ölmüş donorun ağciyərlərini canlandırdılar

Donor orqanlarının yeni müalicə proseduru daha çox insan həyatını xilas edə bilər

ABŞ- ın bəzi klinikalarında transplantoloqlar ağciyərlərin transplantasiyasının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına imkan verən yeni bir üsul tətbiq etməyə başlamışlar.

Məlum səbəblər üzrə, transplantasiya üçün meyitlərdən götürülən orqanların köçürülməsinə qədər bir neçə saat vaxt keçir. Transplantasiyadan əvvəl orqanlar diqqətlə yoxlanılarkən, onların istifadə üçün yararsız olması aşkar olunur.

ABŞ-da orqanların saxlanılması məqsədi ilə istifadə edilən yeni metodikanın köməyi ilə donorlardan götürülən ağciyərlər dərhal süni qan dövranı və ventilyasiya aparatına qoşulur. Belə metod, orqanları oksigen, qidalandırıcı maddələr və antibiotiklərlə də təchiz etməyə imkan verir. Bir neçə saat keçdikdən sonra ağciyərlərin temperaturu tədricən normal temperatura çatdırılır.

Bu üsul transplantasiya üçün istifadə edilən ağciyərlərin yararlılıq dərəcəsini xeyli artırmağa imkan verir.

Tədqiqatçılar ümid edirlər ki, əgər onlar ağciyərləri bərpa edə bilirlərsə, onlar həmçinin qaraciyəri, böyrəkləri, mədəaltı vəzini və hətta ürəyi də bərpa edə bilərlər.

https://www.facebook.com/columbiamed/posts/1705265279546640

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.