az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Nefrologiya

ATU-nun Tədris Terapevtik Klinikasının 4-cü mərtəbəsində “Nefrologiya” şöbəsi  fəaliyyət göstərir. 01.04.11 tarixindən VI Terapiya adı altında fəaliyyət göstərən  şöbə 2014- cü ilin noyabr ayından Universitet rəhbərliyinin əmri ilə V terapiya şöbəsi ilə birləşərək  “ Pulmonologiya,Allerqologiya, Nefrologiya” şöbəsi adlandırılmışdır.  2017-ci ilin aprel ayından  Nefrologiya bölümü sərbəst Nefrologiya şöbəsi kimi fəaliyyətə başlamışdır. Şöbə eyni zamanda  ATU-nun “ Terapevtik və pediatrik propedevtika”  kafedrasının bazasıdır. Nefrologiya şöbəsinin işində 1 professor, 2 dosent, 1 asistent, 7 rezident iştirak edir.

Bölmə rəhbəri : əməkdar həkim prof. Mehman Ağayev

Şöbə müdiri : dos. t.e.n. iradə Məmmədova

Dos. t.e.n.  Afət Nəsibli

Ass. Şəlalə İsmayılova 

Şöbədə 7 palatada yerləşdirilmiş, 30 çarpayı fəaliyyət göstərir. Müalicə işləri və sanitar gigiyenik tədbirlər şöbənin tibb heyəti tərəfindən həyata keçirilir.  Şöbədə nefroloji xəstəliklərin diaqnostikası və müalicəsi təşkil olunur. Bu xəstəliklər əsasən 3 qrupa bölünür:

I. İrsi  xəstəliklər

  • Böyrəklərin polikistozu
  • Alport xəstəliyi
  • Tubulopatiyalar( Fankoni sindromu  və s.)
  • Fabri xəstəliyi

II. Böyrəklərin birincili xəstəliyi

  • Qlomerulonefritlər
  • Pielonefritlər
  • İnterstisial nefritlər

III. Böyrək yumaqcıqlarının ikincili zədələnmələri

  1. Diabet nefropatiyası
  2. Böyrək arterial hipertenziyası
    • renoparenxim
    • renovaskulyar
  3. Podaqra
  4. Piylənmə, metabolik sindrom
  5. Böyrəklərin sistem xəstəlikləri zamanı zədələnməsi ( lupus nefrit, sistem skleroderma və s.)
  6. Böyrəklərin revmatik xəstəliklər zamanı zədələnməsi
  7. Böyrəklərin qanyaranma sisteminin xəstəlikləri zamanı zədələnməsi (hemablastozlar, mieloma xəstəliyi )
  8. Böyrəklərin vaskulitlər zamanı zədələnməsi 

Bu xəstələrə müasir tələblərə cavab verən laborator-diaqnostik müalicə üsulları tətbiq olunur. Diaqnozu dəqiqləşdirmək üçün punksion böyrək biopsiyası aparılır. Alınmış böyrək nümunələri elektron mikroskopunda təhlil edilir. 

Böyrəklərin xronik xəstəliyi zamanı  konservativ və aktiv üsullarla (Hemodializ, Plazmaferez, Hemosorbsiya, Hemofiltrasiya) müalicə aparılır. Nefrologiya şöbəsi Efferent terapiya Mərkəzi ilə birlikdə “ Böyrək Mərkəzi” nin tərkibində xəstələrə hərtərəfli ixtisaslaşmış nefroloji yardımın göstərilməsində iştirak edirlər.  

Müxtəlif mövzularda dəyirmi stol, elmi-praktik konfranslar keçirilir. Bu konfranslarda bölmə rəhbəri, dosentlər, şöbə müdiri, həkim və həkim-rezidentər iştirak edir. Mütəmadi olaraq bölmə müdiri şöbədə olan bütün xəstələri müayinə edir. Şöbənin həkim heyəti daimi biliklərini və təcrübi vərdişlərini  artırır, ölkədaxili və xaricdə keçirilən konfranslarda  iştirak edir. Hər il  mart ayında keçirilən Böyrək gününə həsr olunmuş konfranda bütün həkim heyyəti təmsil olunur, ən yeni tədqiqat nəticələrini məruzə edirlər. Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi  və Azərbaycan Tibb Universiteti nin  “Nefrologiyanın inkişafına yardım”  İctimai birliyi  Nefroloji xəstələrin müalicəsi, gənc nefroloqların və rezidentlərin maarifləndirilməsi, Terapevtlərin və digər tibb sahələrində çalışan həkimlərin Nefroloji xəstələrə yanaşma xüsusiyyətlərinin öyrədilməsi, gündəlik praktikada  nefroloqların rastlaşdığı çətinliklərin təhlili sahəsində də işlər görür. Şöbədə nefroloji biliklərin xəstələr və sağlam şəxslər arasında yayılması üçün “ Böyrək məktəbi” fəaliyyət göstərir.

 

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.