az | ru | en
Tibbi Xidmətlər
Son elanlar
ƏZİZ VALİDEYNLƏR!
Azərbaycanın aparıcı uşaq həkimləri, professorlarımız -...
Assit.prof. Enes Elvin Gül 20-27 may tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Aritmiya xəstəliyindən əziyyət çəkən xəstələri qəbul edəcəkdir.
  Qəbula yazılmaq üçün - 050 304 07 67...

04.05.2017-ci il tarixdə 11:30-da Tibbi İnformasiya Mərkəzində...
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Ümumi məlumat

Tibbi təhsili və xidmətinin səviyyəsini yüksəltmək üçün Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu və Azərbaycan Tibb Universiteti birləşərək müştərək layihə “Tibbi İnformasiya Mərkəzini” yaratmışlar. Hansı ki, rəsmi olaraq 01.01.2000-ci ildən fəaliyyətə başlayıb.
2004-cu il martın 2-dən TİM Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyətini davam etdirir.

Tibbi Informasiya Mərkəzinin funksiyaları
• Azərbaycandakı həkimlərin dünya ilə əlaqə imkanlarını genişləndirmək, tibb elminin inkişafı ilə tanış olmaq, müasir tibbi-informasiya və telekomunikasiya vasitələrindən istifadə etmək, qərbi tibb standartların və texnologiyasını Azərbaycanda genişləndirmək, İnternetdə Azərbaycan tibbi informasiyalarının dəstəkləmək və mübadilə etmək;

• Azərbaycanın təbabəti haqqında internetdə inteqrasiya olunmuş informasiyaların yığılması və təqdimi, o cümlədən xəbərlər, növbəti prosseslər, xəstəliyin epidemioloji qiymətləndirilməsi bunlara aiddir.

• Azərbaycan Gender İnformasiya Mərkəzi ilə birgə “Qadın və Səhiyyə”, əhalinin aşağı sosial təbəqəsinin, o cümlədən köçkün-qadınların, yeniyetmə qızların tibbi məlumatlandırılma programlarında iştirakı, diqər proyektlərin informasiya və texniki dəstəyi;

• Respublikanın vahid elektron tibbi kitabxanasının yaradılmasında və Azərbaycanda tibbi kongresslərin və konfransların keçirilməsində dəstək və bilavasitə iştirak etməsi.

• Azərbaycan Tibb Universitetinin rəsmi saytının www.amu.edu.az yaradılması və texniki dəstəyi

TİM təşkil edir:
- seminarların, konfransların, prezentasiyaların keçirilməsi ;
- kompyuter biliklərinin əsasları və Windows operativ sistemi üzrə treninqlar;
- Internet şəbəkəsinin хidmətlərindən tam səmərəli istifadə etmək üçün Internetdə işləmək qaydaları (ilkin kurs) və Internetdə tibbi məlumatın aхtarışı (хüsusi kurs) mövzularında mühazirələr;
- Tədqiqatçılar və həkimlər üçün tibbi məlumatın aхtarılması və istifadəsi;
- Internetdən istifadə etmə və əlaqə yaratma vasitələri;
- Diaqnostika və müalicə teхnologiyaları - rəqəmsal xəstəxana;
- Elektron poçtu

TIM-ə üzv olmaq qaydaları: 
Özünüzlə tələbə biletinin, Tibb Universitetini bitirməsi haqqında diplomun və şəxsiyyəti təsdiqləyən (üzərində şəkliniz olan) sənədin sürətlərini təqdim etməklə qeydiyyatdan keçmək

Internet zalında işləmək üçün nə etməli:
Kompyuterdə işləmək üçün müəyyən səviyyə biliyə malik olmaq
Internetdə işləmək üçün əvvəlcədən yazılmaq;

Treninq zalında:
- kompyuter biliklərinin əsasları və Windows operativ sistemi üzrə
- Internet şəbəkəsinin хidmətlərindən tam səmərəli istifadə etmək üçün Internetdə işləmək qaydaları (ilkin kurs) və Internetdə tibbi məlumatın aхtarışı (хüsusi kurs) mövzularında treninqlər keçirilir.
Treninq zalın iş rejimi:
Həftənin I-III və II-IV qünləri
saat 14.00 - 15.00
15.00 - 16.00

Məruzələri dinləmək üçün:
Uyğun qeydiyyat formasını doldurmaq lazımdır.

TIM-in xidmətlərindən kimlər yararlana bilər? 
Tibb Universitetinin müəllimləri.
Tibb Universitetinin tələbələri, rezidentləri
Həkimlər, tibb bacıları, tibb işçiləri;
 
Biz sizi gözləyirik!
TİM-in bütün хidmətləri pulsuzdur!
Əlavə məlumat almaq və qeydiyyatdan keçmək üçün müraciət edə bilərsiniz:
TİM, Mərdanov Qardaşları küç., 100,
Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinika.
E-mail:
Telefon:+994(12) 441-31-83 (206)

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.