az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
29.10.2015

Oktyabrın 29-da  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Türkiyənin Mərmərə Universitetinin Qastroenterologiya İnstitutunun direktoru, dosent dr. Yusuf Yılmazın  seminarı baş tutub. Seminarı giriş sözü ilə açan Tədris Terapevtik Klinikanın baş həkimi dosent Ramin Bayramlı seminar iştirakçılarını salamladı, klinikanın təchiz olunmuş diaqnostik bölmələrindən söz açdı, diaqnostik laboratoriyanın Avropanın elmi cəmiyyətləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Baş həkim qaraciyər xəstəliklərinin müalicəsində ən son texnologiya sayılan Fibroscan aparatı ilə bağlı dosent dr. Yusuf Yılmazın son 3 gün ərzində Klinikada keçirdiyi treninq və müayinə etdiyi xəstələr barədə məlumat verərək seminarı aparmaq üçün sözü Universitetin kafedra müdiri, professor-qastroenteroloq Əlihüseyn Hidayətova verdi.

Əlihüseyn Hidayətov da öz növbəsində qaraciyər xəstəliklərinin müayinəsində referens üsul hesab olunan biopsiyanın ağır psoses olduğunu bildirərək Fibroscan aparatının bu tip müayinələrdə daha müasir və rahat texnologiya olduğunu diqqətə çatdırdı, qaraciyərin xroniki xəstəliklərinin gedişindən danışdı.

Dosent dr. Yusuf Yılmaz da hər kəsi salamlayaraq  ölkəmizə səfərindən məmnun olduğunu söylədi. Fibroscan aparatının üstünlüklərindən söz açan Türkiyəli mütəxəssis bu aparat vasitəsilə qaraciyərin daha böyük hissəsini qısa zamanda müayinə etməyin mümkünlüyünü, aparatın müxtəlif yaş və çəkidə olan pasiyentlər üçün nəzərdə tutulmuş müayinə başlıqlarının olduğunu söylədi. Əksər Avropa ölkələrində hepatitdən əziyyət çəkən xəstələrin müayinəsində artıq biopsiya üsülu əvəzinə Fibroscandan istifadə olunduğunu diqqətə çatdırdı. Yusuf Yılmaz həmçinin Fibroscan aparatının qaraciyərin yağlanmasında da daha dəqiq nəticə əldə etməyə imkan yaratdığını vurğuladı. Sonda dosent dr. Yusuf Yılmaz tərəfindən seminar iştirakçıları üçün Fibroscan aparatının iş prinsipi ilə bağlı növbəti xəstə üzərində təlim təşkil olundu. 

 
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.