Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/clinica/public_html/conf.php on line 11

Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/clinica/public_html/php_injections.php on line 90

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası
az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
04.11.2015

 Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Fulbright mütəxxəssis proqramı” çərçivəsində hematoloq-onkoloq, professor Alva Bowen Weirin Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ilk mühazirəsi baş tutub. Mühazirədən öncə Klinikanın direktoru professor Surxay Musayevlə görüşən qonaq pasiyentlərin müasir şərtlər daxilində müalicə alması üçün yaradılmış şəraitdən məmnun qaldığını bildirdi. Professor Surxay Musayev də öz növbəsində Alva Bowen Weirin ölkəmizə səfərini yüksək qiymətləndirdi, klinikanın mövcud geniş imkanlarından söz açdı, yaxın zamanda sümük iliyi transplantasiyasına başlanılacağını diqqətə çatdırdı, bu məqsədlə kardların hazırlandığını söylədi. Klinikanın şöbələri haqqında qonağa ətraflı məlumat verdi.

  Hematoloq-onkoloq Alva Bowen Weir daha sonra Tibb Universitetinin həkim rezidentləri və tələbələri qarşısında “Qan hüceyrələrinin artması” mövzusunda mühazirə ilə çıxış etdi, qanda eritrositlərin və trombositlərin artma səbəblərindən danışdı. Sonda həkim rezident və tələbələrin dünya təcrübəsində mövcud olan müasir müalicə üsulları ilə bağlı sualları cavablandırıldı.

  Mühazirənin ardından amerikalı qonaq Tədris Terapevtik Klinikanın Hematologiya şöbəsində oldu, müalicə alan xəstələrlə yaxından maraqlandı.

  Klinikanın həkimi, Hematologiya şöbəsinin müdiri Valeh Hüseynov amerikalı professorla birlikdə pasientlərin müalicəsinin bundan sonrakı gedişatını müzakirə etdi.

  Qeyd edək ki, Alva Bowen Weirin Tədris Trapevtik Klinikadakı növbəti mühazirəsi  06.11.2015 tarixində, Qanama (koaqulyasiya pozğunluqları) mövzusunda olacaq.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.