az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
15.03.2013
Səkkizinci Ümumdünya Böyrək Gününə(ÜBG) həsr olunmuş elmi-praktik konfrans
 
15.03.2013
 
14 mart 2013 – cü ildə ATU-nun Tədris Terapevtik Klinikasında Səhiyyə Nazirliyinın rəhbərliyi və köməyi ilə Səkkizinci Ümumdünya Böyrək Gününə(ÜBG) həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
 

14 mart 2013 - cü ildə ATU-nun Tədris Terapevtik Klinikasında Səhiyyə Nazirliyinın rəhbərliyi və köməyi ilə Səkkizinci Ümumdünya Böyrək Gününə(ÜBG) həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda respublikamızın aparıcı mütəxəssisləri böyrək xəstəliklərinin müasir diaqnostika və müalicəsi, arterial hipertenziya, diabetik və hamiləlik nefropatiyaları, böyrək əvəzedici terapiya, böyrək transplantasiyası movzularında məruzələr etmişdir. 
Konfransı giriş sözü ilə açan professor S.MusayevKonfransın əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, son bir il ərzində TTK-nın ETM-də böyrək xəstəlikləri olan xəstələrin müalicəsində intensiv işlər görülmüş, qabaqcıl texnoloji vasitələr təcrübədə istifadə edilmişdir. Bunların sırasında:

1. Böyrəklərin Punksion Biopsiyası
2. Hemodializ aparmaq üçün damar yolu kimi permanent kateterin qoyulması.
3. Ultrasəs cihazının nəzarəti altında vidaci venaya kateterin qoyulması
4. Böyrək xəstəlikləri zamanı endotelial disfunksiyanın müayinəsi
5. Aktiv qlomerulonefritin müalicəsində Plazmaferezin tətbiqi.

O çıxışının sonunda qeyd etdi ki, bundan sonra da qarşımızda çoxlu işlər və geniş planlar durur və o konfransın işində və gələcəkdə hamıya böyük ugurlar və müvəffəqiyyətlər arzuladı.
Sonra konfransın proqramına uyğun aşağıdakı məruzələr edildi.

Ağayev M.M. - AR Səhiyyə Nazirliyinin Baş nefroloqu, ATU-nun Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru, Tədris terapevtik Klinikasının Efferent terapiya Mərkəzinin müdiri, Babayev F.H. - Cavadzadə adına RKUX-un Hemodializ şöbəsinin müdiri, tibb üzrə f.d., Əhədov R.F. - DİN hospitalının Hemodializ şöbəsinin müdiri - Azərbaycanda Böyrək əvəzedici terapiyanın 2012-ci il registri

Həmidov İ.M.- Ə.Əliyev adına AzDHTİ-nun Hemiodializ laboratoriyasının müdiri, t.e.d. - Cavadzadə adına RKUX-da böyrək transplantasiyasının yeni mərhələsi

İsmayılov H.İ.,Müslümov K.M.-Nefroloji Xidmətin təşkilində "Medservis" Özəl Tibb Mərkəzinin təcrübəsi

Sərdarlı F.- Ə.Liyev adına AzDHTİ-nun Nefrologiya kafedrasının müdiri, Eminbəyli X.R., baş laborant - II tip şəkərli diabet zamanı nefropatiyanın erkən diaqnostikası və müalicə prinsipləri

Fərəcov E.İ., tibb üzrə f.d. - Mircəlal K. - Mərkəzi Neftçilər xəstəxanasının transplantasiya şöbəsinin müdiri - Neftçilər xəstəxanasında Böyrək transplantasiyası təcrübəsi

İsmayılova Ş. - Kardiorenal sindrom zamanı endotelial disfunksiya

Həziyev E.İ. - ATU-nun Efferent terapiya Mərkəzində Plazmafarezin klinikada tətbiqi təcrübəsi

Calalov M.R. - Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsinin aparıcı nefroloqu - Proqram Hemodializ müalicəsi alan xəstələrdə həyat keyfiyyətinin yaxşılaşdırılması yolları

Ağayev M.M., Quliyeva A.M. - Sidik yolları infeksiyalarının müalicəsində Factive preparatının (Gemifloksasin) istifadəsi təcrübəsi

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.