az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
02.04.2013
Martın 7-də Tədris-Terapevtik Klinikanın tibbi şurasının növbəti genişləndirilmiş toplantısı

 

 
02.04.2013
 
TƏDRİS-TERAPEVTİK KLİNİKANIN TİBBİ ŞURASININ NÖVBƏTİ GENİŞLƏNDİRİLMİŞ TOPLANTISI OLDU
 

  Martın 7-də Tədris-Terapevtik Klinikanın tibbi şurasının növbəti genişləndirilmiş toplantısı oldu. 
Toplantını klinikanın direktoru, professor Surxay Musayev açaraq əvvəlcə qadın əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Bu dəfəki toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ayırdığı vəsait hesabına ölkəmizə gələn aparıcı mütəxəssislərin də iştirak etdiyini vurğulayan S.Musayev onlar haqqında qısa məlumat verərək bildirdi ki, neyroradiologiya, məhkəmə-tibbi radiologiya, MRT texnikası üzrə mütəxəssis olan Dr. Robert Noordveld 1984-cü ildən MRT ilə məşğul olur. 
  Dr. Onno van Baolen isə Hollandiyanın Holkholm şəhərindəndir. 2004-cü ilədək Queen Beafrius hospitalında "internal medicine" (terapevt), 2004-cü ildən qastroenteroloq kimi fəaliyyət göstərir. Qastroenteroloq, hepatoloq, endoskopiya (qastroskopiya, kolonoskopiya, ERCP) üzrə mütəxəssisdir. 
  Həftənin I günü kardioloqlar, II günü şüa diaqnostikası üzrə mütəxəssislər, III günü pediatrlar, IV günü radioloq və qastroenteroloqlar burada mühazirə oxuyacaq, dəyirmi masa keçirəcək və praktiki işlər aparacaqlar. Mama-ginekoloqlar isə həftənin V günü mühazirəni burada oxuyacaq, amma praktiki işlərini Mama-Ginekologiya kafedranın bazasında həyata keçirəcəklər. Hörmətli rektorumuz akademik Əhliman Əmiraslanov bu barədə kafedra müdirlərini məlumatlandırıb. 
  Qonaqlar çıxış edərək klinika ilə tanışlıqdan məmnun olduqlarını və yüksək səviyyədə əməkdaşlıq edəcəklərinə əmin olduqlarını bildirdilər.
  Sonra daxili məsələlərin müzakirəsinə keçildi. Klinikanın baş həkimi Cəfər Əhmədov həftəlik hesabatını əsasən statistik rəqəmlər üzərində quraraq stasionar şöbələrdə ümumilikdə 206 xəstə olduğunu diqqətə çatdırdı. 
Xəstələrin daxilolma və çıxmasına dair həftəlik orta göstərici, gündüz stasionarında müalicə alan xəstələrin sayı haqqında da məlumat verən baş həkim klinikaya yanvar ayında 448, fevral ayında 534, keçən həftə 32, bu həftə isə 39 xəstənin daxil olduğunu, artım tendensiyasına baxmayaraq çarpayı fonduna görə bu rəqəmlərin qənaətbəxş olmadığını dedi.
  S.Musayev klinikada rezidentlərlə aparılan işin vəziyyətinə də aydınlıq gətirərək daxili nizam-intizamın zəruriliyini önə çəkdi. Gündüz və gecə növbələri ilə bağlı klinika rəhbərliyinin müəyyənləşhdirdiyi növbətçilik qrafikində dəyişikliyin ailə vəziyyəti ilə əlaqdar müvafiq arayış təqdim etdikdə mümkünlüyünü vurğuladı.
Axırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olan məktub müzakirə edildi və müvafiq qərar qəbul olundu.

 
 
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.