az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
26.02.2016
Valideynlərə MƏSLƏHƏT - Uşaqlarınızı bu xəstəliklərdən qoruyun

Tibb elmləri namizədi, Assistent Nigar Əlibəyova 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsini bitirib. 1986-1988-ci illərdə təyinatla Sumqayıt şəhərinin birləşmiş xəstəxanasında həkim-allerqoloq vəzifəsində çalışıb. 1988-1991-ci illər ərzində Azərbaycan Tibb İnstitutunun «II Uşaq xəstəlikləri» kafedrasında aspiranturaya daxil olub. 1991-ci ildən Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında assistent vəzifəsində çalışır. 1992-ci ildə dissertasiya müdafiə edib, tibb üzrə fəlsəfə doktoru alıb. Azərbaycan Allerqoloqlar, İmmunoloqlar və İmmunoreabilitoloqlar Cəmiyyətinin üzvüdür.

Ass. N.Əlibəyova son zamanlar uşaqlar arasında daha çox yayılan xəstəliklərlə bağlı Klinikanın mətbuat xidmətinə müsahibə verib.

O bildirib ki, qurd xəstəlikləri, lyamblioz, mədə-bağırsaq xəstəlikləri, dəri allergiyasi, astma, obstruktiv bronxit uşaqlar arasında daha çox yayılıb.

Qurd xəstəliklərinin uşaqlar arasında geniş yayılma səbəbi gigiyenik qaydalara düzgün əməl edilməməsi, uşaqların oynayandan sonra əllərini yumamasıdır.

Parazitar xəstəliklər arasında lyamblioz uşaqlarda daha çox müşahidə edilir. Bu əsasən iştahsızlıq, səhərlər ürək bulanması simptomları ilə özünü biruzə verir. Lyambliozlu uşaqlar adətən çox ağlayır, inadkar, əsəbi olur, gecələr pis yatır. Bu əlamətlərlə yanaşı uşaqlarda mədə-bağırsaq pozğunluğu da müşahidə edilir.

Uşaqlara arasında geniş yayılmış xəstəliklərdən biri  də dəri allergiyasıdır. Allergiya qurd olan uşaqlarda daha çox özünü biruzə verir.

Əksər hallarda valideynlər bizə uşaqlarının günlərlə, hətta aylarla davam edən quru öskürmələri şikayəti ilə müraciət edirlər. Valideynlər bunu başqa xəstəliklərlə əlaqələndirirlər. Amma onlar bilməlidirlər ki, buna uşaqlarda uzun müddət qızdırmasız keçən qurd xəstəlikləri də səbəb olur.

“Bu xəstəliklərlə mübarizə aparmaq üçün valideynlərə nə məsləhət görərdiniz” sualına N. Əlibəyova belə cavab verib.

Mən valideynlərə uşaqlara qarşı daha diqqətli olmağı, onların yedikləri qidaların təmizliyinə əmin olmalarını və müvafiq profilaktik qaydalara riayət etmələrini tövsiyə edərdim. Valideynlər yaxşı olardı ki, uşaqlarında qurdun olub-olmamasını dəqiqləşdirmək üçün ildə iki dəfə  analizlərə gətirsinlər.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.