az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
10.03.2016
Bu gün Böyrək Günü qeyd olunur

Dünyanın əksər ölkələrində hər il mart ayında Ümumdünya Böyrək Günü (ÜBG) qeyd olunur. Beynəlxalq Böyrək fondunun banisi Joel Koople təklifi və Beynəlxalq Nefrologiya Cəmiyyətinin himayədarlığı ilə  2006-cı ildən Ümümdünya Böyrək Günü keçirilir.

ÜBG-nün keçirilməsinin məqsədi səlahiyyətli səhiyyə orqanlarının, digər klinik ixtisas mütəxəssislərinin, himayədarlığa meyilli olan imkanlı insanların, ümumiyyətlə bütün əhalinin diqqətini böyrək xəstəliklərinin erkən aşkar olunmasına, müasir müalicə vasitələrin tətbiq olunmasına və profilaktik tədbirlərinin təşkil olunmasına yönəltməkdir.

Statistik məlumatlara görə inkişaf etmiş ölkələrin əhalisinin 10%-də böyrək xəstəliyi aşkar edilir və o qədər insanda da böyrək xəstəliklərinin risk faktorları müəyyən edilir. Ancaq vaxtında aparılmış tədbirlər sayəsində böyrək xəstəliklərini sağaltmaq mümkün olur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 saylı 28 yanvar 2016-cı il tarixli “2016-2020-ci illər üçün xronik böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”qərarına əsasən Səhiyyə Nazirliyi tərəfindən böyük tədbirlər yerinə yetirilir. Hər il bu Proqramın yerinə yetirilməsinə Dövlətimiz tərəfindən 40 mln. manatdan artıq vəsait ayrılır və xəstələr pulsuz müalicə alırlar.

Hazırda Respublikamızda 34 Hemodializ Mərkəzlərində 2850 xəstəyə 150-dan artıq həkim-nefroloq və 400-ə yaxın orta tibb personalı tərəfindən yüksək ixtisaslı tibbi yardım göstərilir. Ötən il 130 xəstəyə Böyrək Transplantasiyası əməliyyatı aparılmışdır.

Respublikamızda artıq on birinci ildir ki Səhiyyə Nazirliyinin Baş Nefroloqu, ATU-nun TTK-nın Efferent Terapiya Mərkəzinin müdiri, Terapevtik və Pediatrik Propedevtika kafedrasının professoru Mehman Ağayevin təşkilatçılığı və rəhbərliyi ilə ÜBG qeyd olunur və elmi praktik konfrans keçirilir. Bu tədbir qəbul olunmuş Dövlət Səhiyyə Proqramının yerinə yetirilməsinə xidmət edərək əldə olunmuş nailiyyətləri qeyd etməklə yanaşı qarşıda duran məsələlər müzakirə olunaraq fəaliyyət proqraminın hazırlanmasına xidmət etmişdir.

       

Qeyd edək ki, bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında 11-ci Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

Konfransa qeydiyyat 15:00-da başlayır.      

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.