az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
15.03.2016
"Zob xəstəliyi əsasən endemik rayonlarda daha çox yayılıb"

Klinikamızın Endokrinoloqu Vəfa Əliyeva son zamanlar daha çox rast gəlinən endokrinoloji xəstəliklərlə bağlı Klinikanın mətbuat xidmətinə müsahibə...

V.Əliyeva bildirib ki, son dövrlərdə insanlar arasında əsasən şəkərli və şəkərsiz diabet xəstəlikləri, həmçinin qalxanvari vəz xəstəliyi daha çox müşahidə edilir.
Şəkərli diabet xəstəliyi 1-ci və 2-ci tip olmaqla 2 qrupa bölünür. 
1-ci tip şəkərli diabet xəstəliyi əsasən 35-40 yaşlı insanlar, hətta uşaqlar və gənclər arasında da rast gəlinir və bu xəstəliyə tutulan insanlarda tam insulin defisiti müşahidə olunur. Belə xəstələr daim insulin qəbul edirlər. 2-ci tip şəkərli diabet xəstəliyi isə əsasən 35-40 yaşdan yuxarı insanlarda müşahidə edilir, bu tip xəstələrdə nisbi insulinin defisiti meydana çıxır. Bu zaman insulin ya normadan aşağı, ya da yuxarı ola bilər. 
Son zamanlar insanlar arasında geniş yayılan xəstəliklərdən biri də el arasında “zob” adı ilə tanınan qalxanvari vəz xəstəliyidir. 
“Zob” xəstəliyi əsasən endemik rayon yerlərində daha çox yayılıb ki, bunun da əsas səbəbi həmin ərazilərdə yod çatışmazlığıdır. Bu yerlərdə profilaktik tədbirlər görülmür, istifadə olunan duzun tərkibinə kifayət qədər yod qatılmır. Bu da nəticədə xəstəliyin daha da geniş yayılmasına gətirib çıxarır. Hər bir insanın sutkalıq yoda olan ehtiyacı 200mq-dır və bu ehtiyac mütləq ödənməlidir. 
Respublika ərazisində maraq doğuran xəstəliklərdən biri də şəkərsiz diabet xəstəliyidir. Şəkərsiz diabetin klinikası bəlli olsa da, bu xəstəliyi yaradan səbəblər hələki tibbdə dəqiq müəyyən edilməyib. Burda beynin travması əsas rol oynayır, klinikası isə şəkərli diabetlə oxşardır. Burda da yanğı, susuzluq, kəskin arıqlama halları müşahidə edilir. Amma bu xəstələrdə qanda şəkərin miqdarı normaldır. Onların əsas problemi sidiyin xüsusi çəkisinin aşağı olmasıdır. 
Şəkərli diabet xəstələri ilk öncə bunu bilməlidirlər ki, əgər onlarda bu xəstəlik irsi varsa çox şeylərdən özlərini qorumalıdırlar. Onlar hipodinamiyadan, şirniyyat, siqaret, stress kimi bu xəstəliyi yaradan köməkçi faktorlardan uzaq durmalıdırlar. 
Şəkərli diabet xəstəliyini biruzə verən əsas əlamətlər isə sususluq, gecə sidiyin ifrazının artması və əsəbilikdir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.