Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/clinica/public_html/conf.php on line 11

Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/clinica/public_html/php_injections.php on line 90

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası
az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
09.04.2016
Autizmli uşaqlara dəstək əsl xeyirxahlıq nümunəsidir

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 2 Aprel Ümumdünya Autizm Gününə həsr olunmuş “1-ci Azərbaycan Autizm Paneli” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Klinikanın direktoru, professor Surxay Musayev autizmli uşaqlara diqqət və qayğı göstərmənin vacibliyindən danışıb. O bildirib ki, belə uşaqlara və ailələrə hər zaman köməklik edilməlidir:

“Çünki bu uşaqlar cəmiyyətimizdən özlərini bir növ təcrid olunmuş kimi hiss edirlər, biz həkimlər və eləcə də cəmiyyətimiz onların bu fikrə düşmələrinə icazə verməməliyik. Belə uşaqlar dövlətimizin də diqqət və qayğısındadır. Mən deyərdim ki, bu gün autizmli uşaqlara dəstək və onlar üçün görülən işlər əsl xeyirxahlıq nümunəsidir”.

S. Musayev daha sonra autizmin müalicə və realibitasiyası ilə məşğul olan mərkəzlərin mütəxəssislərinə və autizmli xəstələrin valideynlərinə Klinikanın fəaliyyətindən də söz açıb: 

“Klinikamız 2011-ci il sentyabrın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə universitetin klinikası kimi fəaliyyətə başlayıb. Burda çox peşəkar həkimlərimiz və ölkənin professorları çalışır. Və belə bir tədbirin Klinikamızda keçirilməsi istəyi xəbərini eşidəndə çox yüksək qarşıladım. Düşünürəm ki, onların necə bir istedada sahib olduğu bəzi insanlara bəlli deyil. Ona görə də belə maarifləndirici tədbirlərin bir çox yerlərdə keçirilməsinə ehtiyac var. Nəticədə valideynlər də bu xəstəlik barədə daha çox məlumatlanmış olarlar və zamanında həkimə müraciət edərlər. Belə xeyirxah tədbirin keçirilməsinə görə Səhiyyə Nazirliyinə və Nazirliyin İctimai Səhiyyə və İslahatları Mərkəzinə (İSİM) təşəkkürümü bildirirəm”.

Daha sonra  çıxış edən  Respublikanın baş psixiatrı, ATU-nun Psixiatriya Kafedrasının müdiri, professor Gəray Gəraybəyli  verilən dəstəyə görə Klinika rəhbərliyinə öz təşəkkürrünü bildirib.

G. Gəraybəyli ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi tərəfindən sağlamlıq məsələlərinə çox böyük diqqət ayrıldığını deyib:

“Daima uşaqların, yeniyetmələrin sağlamlığı dövlətimizin diqqət mərkəzində olub. Bir şeyi deyim ki, hələ 15 il bundan öncəyə qədər insanlar autizm xəstəliyinin nə demək olduğunu başa düşmürdülər və bu xəstəliklə bağlı çox az məlumatlar var idi. Və belə uşaqlara çox fərqli diaqnozlar qoyulurdu. Son illər isə bu sahədə peşəkar həkimlərin yetişməsi və keçirilən maarifləndirmə tədbirləri cəmiyyətimizin bilgilənməsində çox önəmli rol oynadı”.

G. Gəraybəyli onu da vurğulayıb ki,  bütün insanlar bunun təkcə psixiatrik və pediatrik problem deyil, həm də cəmiyətimizin ümumi problemi olduğunu bilməlidirlər. 

Sonra ATU-nun psixiatriya kafedrasının assistenti Dr.İkram Rüstəmov “Autizmə müasir baxış” mövzusu ilə çıxış edib: 

“Bu xəstəliyin yayılma tarixi hələ 1975-ci illərə gedib çıxır. Amma təssüflər olsun ki, cəmiyyətimizdə maarifləndirmənin çox aşağı səviyyədə olması bu xəstəlik barədə məlumatların azlığına gətirib çıxarıb.  Amma zaman keçdikcə mütəxəssislərə müraciət yaşı azalmağa başladı və nəticədə insanlar autizmin nə demək olduğunu başa düşdülər. Bu xəstəliyin yaranma səbəblərinə gəlincə, hələki o haqda tam dəqiq məlumat yoxdur. Burda nevrobioloji və ətraf mühitin təsiri də çox böyük rol oynayır. Əvvəllər bəzi alimlər bunun yalnız genetik olduğunu düşünürdülərsə, hazırda bu xəstəliyin yayılma arealını həm də ətraf mühit amili ilə bağlayırlar”. 

Tədbirin davamında həkimlər Kamran Salayevin, Ceren Evcen Baxışın, Nigar Sadıyevanın, Rima İbadovanın çıxışları dinlənilib.

Qeyd edək ki, tədbir Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası, Tibb Universitetinin Psixiatriya Kafedrası, İctimai Səhiyyə və İslahatları Mərkəzi(İSİM), “Birgə və Sağlam” İctimai Birliyi və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.