az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
06.05.2016
Tədris Terapevtik Klinikada Heydər Əliyevin 93-cü ildönümü qeyd olundu

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə ATU-nun 5 saylı tədris binasındakı Heydər Əliyev büstünün önünə əklil və gül dəstələri qoyub, onun yad ediblər.

ATU-nun Tədris Terapevtik Klinikasında keçirilən tədbirdə rektor Gəray Gəraybəyli Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən danışıb.

G. Gəraybəylinin sözlərinə görə, Heydər Əliyevin diqqət və qayğı göstərdiyi sahələrdən biri də səhiyyə olub: “Ulu öndər səhiyyə sahəsinin inkişafı istiqamətində çox işlər görüb. Tibb müəssisələri əsaslı təmir edilib, yeni səhiyyə ocaqları tikilib, onlar müasir tibb avadanlıqları və aparatlarla təmin edilib”.

 

Rektor bildirib ki, Azərbaycan digər ölkələrlə müqayisədə böyük ölkə deyil: "Fikrimcə, bu böyük bir xoşbəxtlikdir ki, tanrı elə də böyük olmayan bir ölkəyə Heydər Əliyev kimi şəxsiyyət bağışlayıb. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ən ağır məqamlarında xilaskar şəklində hakimiyyətə gəlib, bizim ölkəmizi parçalanmaqdan, dünya xaritəsindən silinmək risqindən qoruyub".

 

G.Gəraybəyli qeyd edib ki, vaxt var idi bir çox xarici dövlətlər Azərbaycanı tanımırdı: "Təxminən 30 il bundan əvvəl mən xarici ölkəyə gedəndə, pasportuma baxırdılar, amma ölkəmi tanımırdılar. İndi isə Azərbaycan tanınır, özünə görə nüfuzu var və buna görə də biz ulu öndər Heydər Əliyevə borcluyuq".

 

Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin Azərbaycan milləti üçün etdiyi işləri xatırladıb.

 

Akademik Böyükkişi Ağayev, ATU-nun ictimai fənlər kafedrasının müdiri Qoşqar Əliyev, ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiri Məhbubə Vəliyeva, Müalicə-Profilaktika fakültəsinin 4-cü kurs tələbəsi Nailə Şirəliyeva da çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıblar.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.