az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
23.01.2017
Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında yaratdığı PROBLEMLƏR VƏ HƏKİM TÖVSİYƏSİ

Ali sinir fəaliyyətində olan pozğunluq ya üzvi dəyişiklik, ya da funksional pozğunluq nəticəsində həzm sistemi orqanlarında özünü büruzə verir.

Bu haqda klinikanın mətbuat katibinə açıqlamasında dosent, fizioterapevt Paşa Mehdiyev deyib.

O bildirib ki, mədə-bağırsaq sistemi xəstəlikləri içərisində ən çox yayılan mədə və onikibarmaq bağırsağın xora xəstəliyidir.
“Keçmişdə bunun etologiyasında nevroloji amilin üstünlük təşkil etdiyi deyilirdi. Stress, əsəb sarsıntıları ilə bağlı olan bir xəstəlik kimi bunu qiymətləndirirdilər. Elm inkişaf etdikcə bu xəstəliyin başqa səbəbləri ortaya çıxdı, burada tək sinir faktoru yox, başqa amillərin də rolu olduğu məlum oldu.

Xora xəstəliyinin ümumi orqanizmin xəstəliyi olması ilə bağlı fikirlər mövcuddur. Sadəcə olaraq mədə və onikibarmaq bağırsağın xəstəliyi selikli və əzələ qişalarının zədələnməsi ilə özünü göstərir. Xora xəstəliyi zamanı xəstə olan şəxs pəhriz sisteminə əməl etməlidir. Buna əməl olunmazsa, xoranın əmələ gəlməsinə əlverişli şərait yaranar”. 
P. Mehdiyev qeyd edib ki, qıcıqlanmış bağırsaq sindromu xəstəliyi də geniş yayılmış xəstəliklər sırasına daxildir.

“Bu xəstəlik də məhz funksional pozğunluq kimi xarakterizə edilir və sinir mənşəli olur. Elə insan var ki, bu xəstəlik onda ya ishal, ya da qəbzlik formasında özünü büruzə verir. ABŞ-da orta yaşlı əhalinin 20-40%-də bu xəstəliyə rast gəlinir. Bu hal həyəcanla müşayiət olunur və ishal, ürəkbulanma, qusma əlamətləri olur. Bu zaman əsasən sakitləşdirici dərman vasitələrindən istifadə etmək lazımdır. Antibiotiklərdən istifadə isə qətiyyən tövsiyə olunmur. Adətən, ilkin olaraq ishalı dayandıran, sinir sistemini sakitləşdirən dərmanların qəbul edilməsi məqsədəuyğundur. Xüsusilə, təbii müalicəvi üsullardan, bitkilərdən istifadə, eyni zamanda mühiti dəyişmək, idman, dəniz, üzgüçülük kimi amillər də bu xəstəlikdə çox effektiv təsir göstərir”.

Sinir mənşəli pozğunluğa xüsusilə öd kisəsində rast gəlindiyini deyən, P. Mehdiyev buna öd kisəsinin diskineziyası deyildiyini bildirib.

“Bir şeyi xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu, iltihab mənşəli pozğunluq deyil. Öd kisəsində heç bir iltihab əlamətləri olmur. Bu zaman sağ qabırğa altı nahiyədə diskomfort halları, bəzi hallarda öd xaric olması, ağız boşluğunda acılıq, ürəkbulanma əlamətləri olur. Belə hallarda antibiotiklərdən, ödqovuculardan istifadə etmək heç bir fayda vermir. Yenə də deyirəm ki, təbii vasitələrdən istifadə daha məsləhətlidir. İş və yuxu rejimini tənzimləmək isə mütləqdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi bir tərif var: “İnsan mütləq yaşayış və iş yerindən getməlidir”. Vacib deyil ki, yaxşı yemək yesin, çox yatsın, insan onu qıcıqlandıran mühitdən mütləq uzaqlaşmalıdır. İstirahət budur”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.