az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
15.02.2017
Tibbi Şurada iki şöbənin illik hesabatı dinlənildi – FOTOLAR

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın yanvar ayına həsr olunmuş iclası keçirilib.

İclası giriş sözü ilə açan Klinikanın direktoru professor Hüseyn Qabulov cari ilin ötən ayı ərzində Klinikaya xəstə axınınının intensivliyindən danışıb və bildirib ki, 2016-cı ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayı ərzində xəstələrin qəbulunda artım müşahidə olunub. Və bu özünü daha çox pediatriya şöbəsində göstərib.

Daha sonra ATU-nun Rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov çıxış edib. O, rezidentlərə öz tapşırıqlarını və tövsiyələrini verərək, onları daha məsuliyyətli olmağa çağırıb.

Gündəlikdə olan birinci məsələ ilə bağlı direktorun müalicə işləri üzə müavini dosent Adil Nuriyev çıxışı edərək şöbələrin fəaliyyəti ilə bağlı ümumi məlumat verib.

Yanvar ayında daha çox xəstə qəbul edən şöbələrin fəaliyyətini nəzərə çatdıran A. Nuriyev bunu həmin şöbənin professor-müəllim heyəti və həkimlərinin əməyinin nəticəsi kimi səciyyələndirib.

O cari ilin yanvar ayında daha çox xəstə qəbul edən şöbələrdən – kardiologiya, pulmonologiya və nefrologiya, reanimasiya və hematologiya şöbələrini xüsusi olaraq fərqləndirib.

2016-ci illə 2017-ci ilin müqayisəli diaqramını diqqətə çatdıran A. Nuriyev cari ilin müvafiq dövründə Klinikaya daha çox xəstə qəbul olunduğunu söyləyib.

İclasda Qastroenterologiya və revmatologiya şöbəsinin illik hesabatı dinlənilib.

Hesabatı şura üzvlərinin diqqətinə professor Sahib Musayev çatdırıb.

O, bildirib ki, ötən il ərzində revmatologiya şöbəsinin fəaliyyəti xüsusilə seçilib. Müxtəlif profilli, ağır xəstələr qəbul edilib və onlar bizim səyimiz nəticəsində sağlamlıqlarına qovuşublar.

Professor 2015-ci illə 2016-ci ili müqayisə edərək dinamik dəyişmənin müşahidə edildiyini diqqətə çatdırıb.

Revmatoid artrit və sistem sklerozu xəstəliyinin geniş yayıldığını deyən, professor S. Musayev Azərbaycan populyasiyasında 150 minə yaxın belə xəstənin olduğunu söyləyib.

Daha sonra reanimasiya və intensiv terapiya şöbəsinin 2016-ci ildəki illik hesabatı ilə bağlı dosent Əliyar Sultanov çıxış edib.

Ə. Sultanov şöbənin həkim kollektivinin yüksək səviyyədə çalışdığını və buranın ən müasir cihaz və avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, ötən il ərzində daha çox 2-12 yaş arası uşaqlar və 50-80 yaşlı insanlar şöbəyə qəbul edilib. Uşaqlar əsasən kəskin respirator xəstəliklərdən və pnevmaniya səbəbilə yerləşdiriliblər.

İclas işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.