az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
20.02.2017
Professor İbrahim İsayevə müraciət edən xəstələrin ən çox verdiyi suallardan biri

Tibb elmləri doktoru, əməkdar elm xadimi, professor İbrahim İsayevə müraciət edən xəstələrin ən çox verdiyi suallardan biri və professorun cavabı:

Uşağın normal inkişaf etməsində yuxunun hansı müsbət keyfiyyətləri vardır ?

-Uşaq orqanizminin inkişafı əsasən yuxuda daha intensiv gedir. Ona görə də, uşaqların həyat tərzinin qurulmasında onların normal yuxusunun miqdarı mütləq nəzərə alınmalıdır. Belə ki, uşaqlar yaşından asılı olaraq yatmalıdırlar: yeni doğulmuş uşaq 21 saat , 1-3 yaş arası uşaqlar 18 saat yatmalıdır. Sonrakı mərhələdə, məsələn, məktəb yaşlı uşaqlar gündə minimum 8-9 saat yatmalıdır. Onların formalaşması üçün endokrin vəzilərin ifraz etdiyi hormonlar yuxuda daha çox baş verir. Əgər uşaq normal yatmırsa , inkişafda mütləq kənaraçıxmalar olacaq. Normal yuxu inkişafın əsasını təşkil edən amillərdən biridir. Məsələn , boyun artması. Boy hormonları gündüzlər yatma zamanı daha çox ifraz olunur. Bunları mütləq nəzərə almaq lazımdır.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.