az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
22.02.2017
Endokrinologiya şöbəsinin müdiri Könül İsmayılovaya müraciət edən xəstələrin ən çox verdiyi suallardan biri

Klinikamızın Endokrinologiya şöbəsinin müdiri Könül İsmayılovaya müraciət edən xəstələrin ən çox verdiyi suallardan biri və həkimin cavabı:

Orqanizmdə hansı əlamətlər qalxanvari vəzi xəstəlikləri ilə əlaqədar olur?

Qalxanvari vəzi orqanizmin normal fəaliyyəti üçün çox mühüm funksiyalar yerinə yetirir. Bir çox hallarda arterial təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, əsəbilik, qəbizlik, kəskin arıqlama, çəkinin artması, dəri quruluğu, menstrual tsiklin pozulması, düşüklərin baş verməsi və s. məhz qalxanvari vəzi xəstəlikləri ilə əlaqədar olur. Digər tərəfdən ölkəmiz coğrafi ərazi olaraq ciddi yod çatışmazlığı zonasında yerləşir. Odur ki, əhali arasında qalxanvari vəzi xəstəliklərinin rastgəlmə tezliyi də çoxdur. Bunu nəzərə alaraq hər kəs mütəmadi olaraq qalxanvari vəz xəstəlikləri baxımından müayinədən keçməlidir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.