az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
28.02.2017
Klinikamızda “Təbabətin aktual problemləri - 2017” elmi-praktik konfransı keçirildi

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Terapevtik Klinikasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Təbabətin aktual problemləri - 2017” elmi-praktik konfransı keçirildi.

Konfransın sədri, ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirdi ki, bu təhsil ocağı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü yeni elmi nailiyyətlərlə qarşılayıb: “2016-cı ildə ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 ili tamam oldu, prezidentin sərəncamına əsasən, bu gün bütün ölkədə geniş qeyd edildi. Bu münasibətlə Prezident, cənab İlham Əliyevin Sərəncamı, Təhsil Nazirliyinin əmri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq göstərişləri əsas götürülərək, ATU-nun nəzdində yaradılmış təşkilat komitəsi də elmi-praktik konfrans keçirmək qərarına gəldi. “Elmsiz tədris, tədrissiz elm yoxdur!” prinsipinə riayət edən ATU-nun əməkdaşları daim bu ideyanı rəhbər tutaraq, tədrislə elmin inteqrasiyasını yüksək səviyyədə aparmağa nail olublar”.

Rektor G.Gəraybəyli həmçinin vurğuladı ki, ulu öndər 1998-ci il sentyabrın 28-də və 2000-ci il iyunun 19-da iki dfə ATU-ya gələrək, öz müdrik çıxışı ilə səhiyyə işçilərini yeni nailiyyətlərə ruhlandırıb: “2002-ci ildə ümummilli lider ATU-nun ilk klinikası olan Stomatoloji klinikanı yaratmaqla, tədris klinikalarının möhkəm bünövrəsini qoydu. Bundan sonra ümummilli liderin layiqli davamçısı cənab prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində ATU-da daha üç klinika – Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikaları fəaliyyətə başladı. ATU-nun qarşısında duran əsas vəzifələrdən biri də gənclərin elmi işlərə cəlb edilməsidir. Yəni, öndə duran məsələ rezidentlərin və tələbələrin elmi axtarışlara marağını artırmaqdır”.

Konfrans plenar məruzələrlə davam etdi.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı Ömərov Taryel “Aşırı piylənməsi olan xəstələrdə apardığımız bariatik cərrahi əməliyyatların nəticələri”, Psixiatriya kafedrasının əməkdaşı Məmmədzadə Gülay “Depressiya – xərçəng xəstəliyinin “maskalanmış” simptomu”, II cərrahi xəstəliklər kafedrasının əməkdaşı Abbasov Pərviz “Qaraciyər transplantasiyasından sonra rast gəlinənin ağırlaşmaların profilaktikasında portovenoz plastika üsullarının müqayisəli öyrənilməsi”, ATU-nun Tədris Terapevtik Klinikasının əməkdaşı Quliyev Orxan “Böyrək transplantasiyası olunmuş resipiyentlərdə arterial sərtlik və metabolik sindrom arasındaki əlaqə” mövzularında məruzələrlə çıxış etdilər.
Konfranda rektor, professor Gəray Gəraybəyli, konfransın həmsədrləri - elmi işlər üzrə prorektor dos. Rauf Bəylərov, AMEA-nın müxbir üzvü I cərrahi xəstəliklər kafdrasının müdiri Nuru Bayramov, II mamalıq-ginekologiya kafedrasının müdüri prof. Hicran Bağırova, III cərrahi xəstəliklər kafedrasının müdiri prof.Məmməd Nəsirov, I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri, prof. İspəndiyər İsmayılov, II uşaq xəstəliklər kafedrasının müdiri prof. Amaliya Əyyubova, nevrologiya və tibbi genetika kafedrasının müdiri prof. Şərif Mahalov, insan anatomiyasının kafedrasının müdiri prof. Vaqif Şadlinski, əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri prof. MəhbubəVəliyeva, ümumi gigiyena və ekologiya kafedrasının müdiri prof. Mirzə Kazımov iştirak edib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.