az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
04.03.2017
Tibbi Şuranın iclasında şöbələrin hesabatı dinlənildi - FOTOLAR

3 mart 2017-ci il tarixində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın 32 saylı yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan direktor professor Hüseyn Qabulov klinikada görülən işlərdən və şöbələrin fəaliyyətinin yüksəldilməsinin önəmini qeyd edib.

Gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev çatdırıb.

O, şöbələrin ümumi fəaliyyəti barədə məlumat verib və bildirib ki, yanvar-fevral aylarını müqayisə etdiyimiz zaman fevral ayında xəstə sayının qəbulunda artım müşahidə edilib.

II və III pediatriya, hematologiya, ümumi terapiya şöbəsinə daha çox xəstə qəbul edildiyini deyən, A. Nuriyev gündüz stasionarında angioqrafiya, hematologiya, qastreontorologiya, II pediatriyaya yanvar ayı ilə müqayisədə fevralda daha çox xəstə daxil olduğunu söyləyib.

Daha sonra pediatr-allerqoloq, professor Amaliya Eyyubova II pediatriya şöbəsinin 2016-cil il üçün nəzərdə tutulan hesabatını şura üzvlərinin diqqətinə çatdırıb.

2011-2016-cı illər arasında şöbədə müalicə alan uşaqların sayı barədə danışan professor Amaliya Eyyubova, 2016-cı ildə qəbul edilən uşaqların sayında daima artım olduğunu deyib. Uşaqlarda cinslər üzrə bölgünü xüsusi vurğulayan A. Eyyubova daha çox oğlan uşaqlarının xəstələndiyini söyləyib.

A.Eyyubova şöbədəki “Astma” və “Diabet” məktəbinin fəaliyyətindən danışıb. O, burda həm valideynlərin, həm də uşaqların xüsusi proqramla hazırlanmış tədris prosesində iştirak edə biləcəklərini deyib. Çünki, burda əsasən xəstəliklərin profilaktik müalicəsi ilə bağlı məlumatlar verilir.

Professor qeyd edib ki, bu gün uşaqlar arasında şəkərli diabet xəstəliyi daha geniş yayılmış xəstəliklər sırasına daxildir. Artıq şöbədə immun sisteminin çatışmazlığı ilə də məşğul olduqlarını deyən, A.Eyyubova daha çox qəbul edilən uşaqların 8-10 yaş arasında olduqlarını bildirib.

İclasda Pulmonologiya, allerqologiya və nefrologiya şöbəsinin 2016-cı il üçün hesabatı dinlənilib.

Hesabatı şura üzvlərinin diqqətinə həmin şöbənin müdiri Kəmalə Ağayeva çatdırıb.

O, bildirib ki, 2016-ci ildə xeyli sayda xəstə qəbul edilib və onlar öz sağlamlıqlarına qovuşaraq klinikadan gediblər.

K. Ağayeva şöbəyə daxil olan və digər şöbələrə göndərilən xəstələr barədə danışıb və qeyd edib ki, 2013-2016-cı illəri müqayisə etdikdə xəstə qəbulunda ən yüksək göstəricinin 2014-cü ildə müşahidə edilib. Xəstə qəbulunun aylarla göstəricisinə gəlincə, ən çox payız aylarında xəstə qəbul etdiklərini bildirib. 
2016-cı ildə həkimlərin xəstə qəbulundan danışan K. Ağayeva pulmonoloji xəstələrin daha çox qəbul edildiyini nəzərə çatdırıb.

K.Ağayeva bildirib ki, nefroloji xəstəliyin ən çox rastgəlmə tezliyini araşdıran zaman, burada xroniki böyrək xəstəliyinin əsasən ağırlaşmış xəstəlik kimi qeydiyyata götürüldüyünü deyə bilərik. O, eyni zamanda şöbədə daimi olaraq konsultasiyaların təşkil olunduğunu və elmi-parktik konfransların keçirildiyini də deyib.

Daha sonra Sığorta şöbəsinin mütəxəssisi Cəmilə Butayeva çıxış edərək Klinikada sığorta işinin yüksəldilməsi barədə danışıb. O, ölkəmizdə tibbi sığortanın ərazi arealının günbəgün genişləndiyini diqqətə çatdırıb.

C.Butayeva tibbi sığortanın vacibliyini qeyd edərək Klinikanın professor-həkimlərinin bu işə diqqətinin yönəltmələrinin önəmli olduğunu vurğulayıb.

Azərbaycanı xarici ölkələrlə müqayisə edən, C. Butayeva sığortalı insanların yaş göstəricilərinin xaricdə 35-64, ölkəmizdə isə 25-44 yaş arasında üstünlük təşkil etdiyini qeyd edib.

İclasın davamında ATU-nun tədris işləri üzrə prorektoru professor Sabir Əliyev çıxış edərək tələbələrin tədris prosesinə diqqət çəkib və bildirib ki, professor-müəllim heyəti, kafedra müdirləri tədrisin keyfiyyətinin artırılmasına ciddi önəm verməlidirlər. Tələbələrə və rezidentlərə imkan yaradaraq onların daha çox xəstə görmələrinə şərait yaratmalıdırlar.

Sabir Əliyev klinikada ən peşəkar mütəxəssislərin çalışdığını, müasir standartlara cavab verən avadanlıqlarla təchiz edildiyini diqqətə çatdıraraq, klinikanın fəaliyyətinin gələcəkdə daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.

S.Əliyev bildirib ki, ehtiyac yaranarsa həkimləri xaricə göndərərək onların tibbi biliklərinin artırılmasına imkanda yaradıla bilər.

Sonda direktor Hüseyn Qabulov və professor Surxay Musayev çıxış edərək klinikanın professor-müəllim heyətini və əməkdaşlarını Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, onlara işlərində nailiyyətlər arzulayıb.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.