az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
09.03.2017
Bu gün Klinikamızda "Ümumdünya Böyrək günü"nə həsr olunmuş elmi praktik konfrans keçiriləcək

Hər il mart ayında bütün dünyada "Ümumdünya Böyrək günü" kimi qeyd olunur. 9 mart 2017-ci il tarixində saat 15.00 da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Böyrək gününə həsr olunmuş elmi praktik konfrans keçiriləcəkdir.

Dünya əhalisinin təxminən 10%-i xroniki böyrək xəstəliklərindən əziyyət çəkir və hər il milyonlarla insan bu xəstəliklərin fəsadlarından tələf olurlar. Ümumdünya böyrək gününün keçirilməsində də məqsəd məhz anadangəlmə və qazanılmış böyrək xəstəliklərinin profilaktikası və vaxtında düzgün müalicəsinə diqqəti artırmaq, həmçinin xroniki böyrək çatışmazlığına səbəb ola bilən digər xəstəliklərin (şəkərli diabet, arterial hipertenziya və s.) müalicəsi ilə məşğul olan mütəxəssislərlə birgə əməkdaşlığı daha da inkişaf etdirmək, əhali arasında maariflənmə və təbliğatı gücləndirməkdən ibarətdir.

Konfransda son illərdə bu sahədə aparılmış işlərlə bağlı hesabat təqdim olunacaq, elmi məruzələr dinləniləcəkdir.

Konfransa Bakı şəhərinin və respublikanın bütün hemodializ şöbələrinin əməkdaşları, Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasının əməkdaşları, terapevtlər, nefroloqlar, transplantoloqlar, həmçinin bu sahə ilə maraqlanan bütün mütəxəssislər dəvətlidir.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.