az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
04.04.2017
Professor Amaliya Əyyubova xəstə təhlili ilə bağlı görüş keçirib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında pediatr-allerqoloq, professor Amaliya Əyyubovanın xəstə təhlili ilə bağlı görüşü keçirilib.

Görüşdə proffesor-müəllim heyəti, tələbə və rezidentlər iştirak ediblər.

A.Əyyubova şöbəyə pulmonoloji, allerqoloji, endokrinoloji profilli uşaqların qəbul edildiyini və həkimlər tərəfindən onlara diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirib.

İlk olaraq 16 yaşlı, uzun müddət I tip şəkərli diabet xəstəliyindən əziyyət çəkən yeniyetmə ilə bağlı təhlil aparılıb. Bildirilib ki, o, müraciət edən zaman onda tez-tez sidiyə getmə, çoxlu maye qəbul etmə şikayətləri aşkar edilmişdi. Xəstəlik barəsində ətraflı məlumat verən, A.Əyyubova zamanında həkimə müraciət etmənin gələcəkdə xəstəliyin daha ağır formaya keçməsinin qarşısını alacağını vurğulayıb.

Daha sonra 3 azyaşlının xəstəlikləri ilə bağlı təhlil aparılıb. Onlara boğulma, burun tənəffüsünün çətinləşməsi, gözlərdə qaşınma, öskürək, təngnəfəslik və pnevmaniya diaqnozunun qoyulması ilə bağlı məlumat verilib. Qeyd edilib ki, son vaxtlar astma xəstəliyi ilə müqayisədə, pnevmaniya xəstəliyi daha geniş yayılıb.

Qeyd edək ki, klinikamızda xəstə təhlili ilə bağlı keçirilən görüşlər silsilə xarakteri daşıyır.

 
Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.