az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
14.04.2017
ATU-da “İnterstisial Ağciyər Xəstəlikləri” mövzusunda tədbir keçirilib

Tədbirdə direktorun müalicə işləri üzrə müavini dosent A.Nuriyev, ağciyərin interstisial xəstəliyinin qlobal problem olduğunu bildirib: “Bu xəstəliyin ilkin mərhələsində bəzən bunu pnevmaniyaya oxşadırlar. Burda ekoloji faktorların çox böyük əhəmiyyəti vardır. Ona görə də insanlar maarifləndirilməlidir ki, onlar xəstəliyin ilk günlərində həkimə müraciət etsinlər və ağırlaşmaların qarşısını alsınlar”.

Daha sonra pediatr-allerqoloq, professor Amaliya Əyyubova bildirib ki, uşaq xəstəlikləri dərsliklərində bu xəstəliklə bağlı heç bir məlumat yer almayıb: “Mən prkatikamda müşahidə etmişəm ki, hətta yeni doğulmuş uşaqlarda belə ağciyərin interstisial xəstəliklərinə rast gəlinir. Bu xəstəliyin gedişatının uşaqlarda aşkarlanması mürəkkəbdir. Ona görə də mütəxəssislərimiz çalışdıqları qədər anaları maarifləndirməlidirlər”.

Tədbirdə klinikanın revmatologiya və qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev “Revmatoid artiritli xəstələrdə ağciyərlərin interstisial zədələnməsi” mövzusu ilə bağlı çıxış edib.

S.Musayev qeyd edib ki, bu xəstəlik təbabətin ən aktual, çətin problemlərindən biridir: “Birləşdirici toxumanın diffuz xəstəlikləri içərisində ağciyərlərin zədələnməsi ən mühüm yerlərdən birini tutur. Ağciyərlərin zədələnməsi revmatoid artiritdən, qırmızı qurd eşənəyindən kəskin surətdə fərqlənir. Fərqlər ondan ibarətdir ki, bioloji zədələnmə markorları hər birində ayrı-ayrıdır.

Revmatoid artiritdə ağciyərlərin zədələnməsi çox vaxt idiopatik interstisial pnevmaniya kimi başlaya bilər. İdiopatik kəskin interstisial pnevmaniya aparılan terapiya rezistent olaraq ciddi proqnozla xarakterizə edilir. Xəstəlik qısa müddətdə fibrozla nəticələnir. Bu da proqnozu müəyyən edir. Müasir dövrdə ağciyərlərin zədələnməsi ( revmatoid artiritdə) ölümün 20%-ni təşkil edir. Xəstəliklərin beynəlxalq təsnifatında artıq ağciyərlərin revmatoid zədələnməsi nazolagiyası mövcuddur”.

Tədbirin davamında həkimlər Əlizamin Sadıqovun “İnterstisial ağciyər xəstəliklərinin müalicə və diaqnostikasında müasir yanaşmalar”, İlqar Mustafayevin “Hipersensitiv pnevmanitlər, idiopoatik ağciyər fibrozu ilə oxşarlıqlar və fərqlər” mövzusunda çıxışları dinlənilib.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.