az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
26.04.2017
Süd vəziləri - hormonların harmoniyası olan bir üzvdür

ATU-nun Tədris Terapevtik Klinikasının aparıcı mütəxəssisi, mammoloq-radioloq Günel Qəmbərova mətbuat xidmətinə verdiyi açıqlamada bildirir ki, hər bir qız uşağında reproduktiv dövrə qədər süd vəziləri fizioloji sakit halda olur.

"Daha sonra isə 15 hormonun təsiri altında öz struktur və anatomiyasını qurur. Əgər xanımlarda hər hansı bir hormonal dəyişiklik varsa, onları müalicə edən həkim-endokrinoloqlar və ginekoloqlar paralel olaraq xanımların süd vəzilərini də müayinə etdirməlidirlər.Bu xəstə üçün lazımlıdır.

Müşahidələrim göstərir ki, bəzən həkimlərimiz süd vəzi ağrısını və ödemini azaltmaq üçün bitki tərkibli də olsa bir çox dərman preparatlarından pasientlərə məsləhət görürlər. Bu əslində düzgün taktika deyil”.

G.Qəmbərova vurğulayır ki, süd vəzi ağrısı da diş ağrısı və ya 
mədə ağrısı kimi dərhal müalicəyə və müayinəyə ehtiyacı olan üzvlərdir. Süd vəzisinin USM və Mammoqrafiya müayinəsi bir-birini tamamlayan müasir şüa diaqnostik metodlardır.

G.Qəmbərova həmçinin ildə bir dəfə bu müayinələrdən hər bir qadın keçməli olduğunu dedi.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.