az | ru | en
Tibbi Xidmətlər
Facebook
Faydalı linklər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Virtual Qarabağ
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Laborator Analizlərin Nəticələri
Bizim Həkimlər
Sual cavab
Qəbula yazılma
Xəbərlər
31.05.2017
“Şəkər xəstələri oruc tuta bilərmi?” – Endokrinoloq DANIŞIR

Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün vacib sayılır. Hətta, sağlam olmaq istəyirsənsə, oruc tut deyirlər. Müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir. Amma bir qrup xəstəliklər var ki, bu zaman oruc tutmaq məsləhət görülmür və əgər belə xəstəliyi olan şəxs oruc tutarsa, onun səhhətində çox böyük problemlər yaranır. Bu qrupa daxil olan xəstəliklər sırasına şəkərli diabetdə daxildir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova şəkərli diabet xəstələri üçün oruc tutmağın nə dərəcədə doğru olmasından danışıb.

K. İsmayılova deyir ki, oruc tutmaq hər bir müsəlmanın mənəvi borcudur: “Müəyyən kateqoriyaya aid olan insanlar var ki, onlar oruc tutmaqdan azad olunurlar. Bunlar hamilə qadınlar, uşaqlar, süd verən qadınlar və s. xəstəlikləri olan insanlardır. Şəkərli dibaet xəstələri də bu qrupa daxidir. Eyni zamanda I tip diabet olan xəstələr, tam insulin terapiyası alanlar, həmçinin şəkərləri tez-tez qalxıb-enən xəstələrə oruc tutmaq qətiyyən məsləhət görülmür. Bəzən diabetli xəstələr də olur ki, onlar israrla oruc tutmaq istəyirlər. Hətta bununla əlaqədar bir sıra müsəlman ölkələrində tədqiqatlar aparılıb və məlum olub ki, bəzi qrup diabetli xəstələr oruc tuta bilərlər. Sadəcə buna 2-3 ay əvvəldən hazırlaşmaq lazımdır. Həmin xəstələr həkiminin konsultasiyalarına gələ bilər və orucluq müddətində şəkərlərini necə tənzimləmələrini öncədən danışa bilərlər. Belə xəstələr üçün saatlarla ac və sussuz qalmaq daha böyük risk yaradır. Orqanizm susussuzlaşır və tromb əmələ gəlmə ehtimalı artır. Orucluqda bəzi insanlarda çəkidə artım da müşahidə olunur. Çünki, qısa müddətdə daha çox yeyirlər və düzgün şəkildə qidalanmırlar”.

K. İsmayılova qeyd edib ki, şəkərli diabet xəstələri oruc tutan zaman bir sıra hallarla qarşılaşa bilər: “Həmin xəstənin qəfil şəkəri düşə və ya qalxa bilər, ürək getmə halı, eyni zamanda təzyiqin yuxarı qalxması və ya enməsi halı müşhidə edilə bilər. Hətta xəstə huşunu itirib travmalar ala bilər, ona görə də belə insanlar öncədən məlumatlandırılmalıdır. Onlar xüsusilə qidanlanmaya diqqət etməlidirlər. Dənli bitkilərlə zəngin qidalara, paxlalı bitkilərə, quru meyvələrə, züllal, yağ, yağsız süd, kəsmik və s. bu kimi qidalara üstünlük verməldirlər. Çünki, bunlar orqanizmdə ehtiyat yaradan qidalardır. Amma bu qidalarda normanı gözləmək şərtilə qəbul edilməlidir. Həmçinin bu xəstələr bol maye içməlidirlər. Bu, gün ərzində balansı qorumaq üçün vacibdir”.

“Dərman müalicəsi alan xəstələr ən çox nəyə diqqət etməlidir” sualına isə həkim belə cavab verib:“Əvvəla orucluqla bağlı olub-olmamasından asılı olmayaraq bu xəstələr mütləq pəhrizlərinə fikir verməlidirlər. Xüsusilə həm imsak, həm də iftar vaxtı karbohidrat qəbul edirlər, amma bu bölgünü düzgün şəkildə aparmalı və iftar vaxtı daha tez həzm olunan qidaları, imsak vaxtı isə gec həzm olunan qidaları qəbul etməlidirlər. Dərman qəbul edən xəstələrin nəzərə almaları vacib olan şeylərdən biridə dərmanın hansı qrupa aid olmasıdır. Çünki, bəzən dərmanın hansı qrupa aid olmasını bilməyən xəstə onu qəbul etdikdən sonra onda şəkərin düşməsi halı müşahidə edilir. Bu da həmin xəstə üçün həyati təhlükə deməkdir”.

Həkim onu da vurğulayıb ki, belə xəstələr bəzən orucu qəti olaraq dayandırmağa məcbur da ola bilirlər: “Əgər şəkər qeyd edilən göstəricidən (3,3-dən) aşağı düşərsə bu zaman xəstə orucu tam dayandırmalıdır. Şəkər 300mq-dan artıq olarsa, orucu pozmaq olar. Çünki, bu hallar xəstənin sağlamlığı üçün təhlükəlidir. Diabetli xəstələr üçün fiziki aktivlikdə böyük önəm kəsb edir. Ona görədə onlar gün ərzində fiziki aktivliyi də nəzərə almalıdırlar”.

Copyright © 2011 - 2015. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası! Bütün hüquqlar qorunur.